Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycan təhsilində strateji hədəflər" mövzusunda - Elmi Konfrans - FOTOLAR
Tarix: 16-12-2015 | Saat: 19:02
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

“Azərbaycan təhsilində strateji hədəflər" mövzusunda - Elmi Konfrans - FOTOLAR
16 dekabr 2015 – ci il tarixində saat 11:00 da Bakı şəhəri, “Holiday İnn” otelinin Bakı zalında (Kövkəb Səfərəliyeva küçəsi, 5) Təhsil Nazirliyinin (TN) dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda Respublika Elmi Konfransı keçirilir.

Respublika elmi konfrans Azərbaycan Respublikasının Təhsil Nazirinin 29 mart 2015-ci il tarixli 314 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planı”na əsasən keçirilir.

Respublika Elmi Konfransı rəsmi olaraq açıq elan edən ARTPİ-nin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov konfrans iştirakçılarını salamlayaraq Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələrdən söz açdı.

Konfransın əsas məqsədi: təhsil əsri elan edilən XXI yüzillikdə Respublikada aparılan təhsil islahatları diqqət mərkəzində olarkən müstəqil Azərbaycanın mühüm atributlarından biri olan milli təhsilin qurucuları kimi dünya təhsilinin inkişafında iştirak etdiyi dövrdə Dövlət Strategiyasına əsasən pedaqoji elmlərin vəzifəsinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikasında səriştə əsaslı nəticəyönümlü yeni təhsil məzmununun yaradılması məsələlərinin reallaşdırılması üçün konkret təkliflərin hazırlanmasıdır.

Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Təhsil Nazirıiyinin sektor müdiri Gültəkin Hüseynova, Milli Məclisin üzvü Bəxtiyar Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru professor Asəf Zamanov, ADPU-nun rektoru rektoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Bakı Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun, o cümlədən qabaqcıl elm və təhsil xadimləri, ali və ümumtəhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.
“Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikasının yeni təhsil sisteminin elmi pedaqoji əsasları ilə bağlı olub həm nəzəri, həmdə praktik əhəmiyyət daşıyır.
Konfransda Təhsil Nazirinin müavini,pedaqojiprofilli ali təhsil müəssisələrinin rektorlarının çıxışı səsləndi. Konfransa 126 məruzə mətni daxil olmuşdur. Tədbir zamanı konfransın materialları çap olunmuş şəkildə iştirakçılara paylandı.
Plenar iclasından sonra günün ikinci yarısı konfrans işini bölmə iclaslarında davam etdirdilər.
“Azərbaycan təhsilində strateji hədəflər" mövzusunda - Elmi Konfrans - FOTOLAR
“Azərbaycan təhsilində strateji hədəflər" mövzusunda - Elmi Konfrans - FOTOLAR
“Azərbaycan təhsilində strateji hədəflər" mövzusunda - Elmi Konfrans - FOTOLAR


Xəbəri paylaş

7088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___