Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident İlham Əliyev Şəhid Rüstəm Mirzəyevin ailəsini qəbul etdi
Tarix: 29-01-2019, 20:49 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt / Araşdırma | çapa göndər


Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyava 1993 cü ildə Laçın və Ağdərə rayonlarında gedən amansız döyüşdə Şəhid olan MİRZƏYEV RÜSTƏM JORA oğlunun ailəsini qəbul edib.
Rüstəm Jora oğlu Mirzəyev 1963-cü il avqustun 29-da Laçın rayonunda anadan olub. 1970-1980-ci illərdə Laçın şəhərinin 1 saylı məktəbində təhsil alıb.1981-1983-cü illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət çəkib.
Hərbi xidmətini Amur vilayətinin Maqdaqati stansiyası yaxınlığındakı hava-desantı qoşunlarının briqadasında çəkib. Əla xidmətinə görə komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılıb və fəxri döş nişanları ilə təltif edilib.
Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin dekabrında laçına qayıdıb. 1985-1987-ci illərdə Rüstəm Moskva şəhərində yaşayıb. 1985-1988-ci illərdə Bakı şəhərindəki “Murad” kooperativində işləyib. Ermənistanın Azərbaycana təcavüzü başlayandan, Rüstəm Laçın rayonunun sərhədyanı kəndlərində ərazi özünümüdafiə bataliyonunda igidliklə erməni quldur dəstələrinə qarşı gedən hərbi döyüş əməliyyatlarında iştirak edib.
O, yerli müdafiə batalyonunda kəşfiyyatçı-döyüşçü kimi ad çıxartdı və bir neçə çətin əməliyyatlarda məharətlə iştirak etdi. Ermənilər onun başı üçün külli miqdarda pul mükafatı ayırmışdırlar. 1991-ci ilin noyabr ayında Rüstəm Laçın rayon polis şöbəsinin polis batalyonuna, post-patrul xidmətinə sıravi heyətə işə qəbul edildi.
O, 1990-1993-cü illərdə polis nəfəri kimi Laçın rayonunun Güləbird, Səfiyan, Suarası, Hoçaz, Tığık 1, Tığık 2, Vağazin, Pircahan kəndləri, Şuşa şəhəri və onun Kərgicahan, Malıbəyli, Daşaltı kəndləri, Kəlbəcər-Murov dağı – Ağdərə istiqamətində gedən qanlı döyüşlərdə şəxsi igidlik nümunələri göstərib.
13 fevral 1993-cü ildə Ağdərəyə köməyə gedən Laçın polisinin maşını Murov dağının çətin keçidlərinin birində sürüşdü və dərə aşağı yuvarlandı. Rüstəm və döyüşçü dostları qəhrəmancasına həlak oldular.
Ailəli idi. İki övladı var idi.
Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilib.


3768 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___