Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident vacib dəyişikliyi təsdiqlədi
Tarix: 22-06-2017 | Saat: 15:07
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Prezident vacib dəyişikliyi təsdiqlədi


Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri imzalayıb.
Qanuna aşağıdakı dəyişikliklər edilib:
1. 1-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.”.
2. 21-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.”.
3. 24-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir”.


Xəbəri paylaş

5668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___