Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xatirə İslam qalmaqal yaratdı: "Ay qaraçılar!" - FOTO
Tarix: 11-01-2016 | Saat: 12:22
Bölmə:Karusel / Bizim seçim / M2 | çapa göndər

Xatirə İslam qalmaqal yaratdı: "Ay qaraçılar!" - FOTO

Müğənni Xatirə İslamın İnstaqram profilindəki paylaşımları və yazışmaları daha bir qalmaqala səbəb olub.

O, statuslarından birini sərt tənqid edən isfadəçiləri qeyri-səmimilikdə, aqressivlikdə, tərbiyəsizlikdə suçlayaraq yazıb: "Hər şeyi özünüzü etdiniz, ay qaraçılar! Ağzınıza gələni yazmayın, blok edəcəyəm".

Xeberaz.az bildirir ki, bu gün aktyorlara, sənət adamlarına aqressivlikdən şikayətlənən müğənni İnstaqram-dakı profilində daha bir paylaşım edib. Lakin bu paylaşımda X.İslam sərt tənqid olunduğu üçün o, emosiyalarına hakim ola bilməyib və yazıb: "Əslində, özümə söz vermişəm ki, İnstaqram mənim üçün yalnız şəkillərimi paylaşmaq üçündür bu gündən. 20 gün əvəl paylaşdığım yazını gündəmə gətirmək... Biz buyuq. Heç bildinizmi mən o sözləri niyə və kimlərə demişdim? Çünki sizə maraqlı deyil. Siz heç yazıları da oxumursunuz, sizə şəkillər lazımdır. Mən tərəfdən yalnız şərəfsiz adamlar təhqir olunub, hamı yox. Sizə səmimi olmaq olmaz".

Tanınmış jurnalist Zülfiyyə Qurbanova Feysbuk səhifəsində X.İslamın paylaşımlarını şərh edib.
"Xatirə İslamın İnstaqram səhifəsində paylaşımlarını görmədiyim üçün dünən bütün bunların saxta profildən yazdıqlarını düşünürdüm. Bu səhər həmin şərhi Xatirənin səhifəsində mənə göstərdilər.
Xatirə İslam dünənki bu hay-həşirdən sonra oynaya-oynaya dil çıxarıb video paylaşıb. Yəni "əcəb eləyib təhqir etmişəm". Amma o paylaşımın altındakı söyüşləri ən axırıncı adam da götürməz vallah. Şəxsən mən özümü pis hiss elədim, hamısını oxuya bilmədim", - Z.Qurbanova yazıb.


Xəbəri paylaş

7278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___