Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayına gözlənilən hava proqnozunu açıqlayıb.
Qurumdan daxil olan xəbərə görə, dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində normadan aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13, bəzi günlərdə 3-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-34 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 14-35 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 7-10 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4-6 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 1-3 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (13-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-48 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 14 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-4, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 6-10, bəzi günlərdə 13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 45-106 mm) gözlənilir.
Dekabrın ilk günü qar yağacaq
Tarix: 30-11-2018 | Saat: 13:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
7388 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-11-2018 | Saat: 13:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
19-09-2018, 16:26
Azyaşlı bacı və qardaşı cinsi əlaqə zamanı yaxaladı sonra oğlanı zorladı - Cəlilabadda iyrənc cinayətin TƏFƏRRÜATLARI
31-01-2016, 01:26
Çılpaq azərbaycanlı qızlar gənc fotoqrafın obyektivində - Fotolar
22-07-2019, 06:55
25 yaşlı model bu fotolara görə "hədəf" oldu
13-11-2015, 16:42
Aygün Kazımovadan Roza Zərgərliyə ağır təhqir: “Bu...” - VİDEO
14-11-2016, 14:00
6 yaşlı uşaq həbsdə olan atasına aparılan turşudan zəhərlənərək ölüb
17-01-2017, 14:40
Maştağada evdə partlayış - Sahibi yaralandı
24-05-2016, 16:16
Nazirlik pulsuz müayinələr keçirir
12-02-2018, 22:21
İnstaqramda yeni funskiya istifadəyə verildi
13-01-2016, 10:03
“Twitter”də yeni funksiya - Canlı yayım
26-07-2015, 20:22
Gənc sərhədçilər Vətənə sədaqət andı içdilər