Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gənc sərhədçilər Vətənə sədaqət andı içdilər
Tarix: 26-07-2015 | Saat: 20:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Gənc sərhədçilər Vətənə sədaqət andı içdilər
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

İyulun 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib.

Əvvəlcə DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, polkovnik-leytenant Elçin Quluyevin gənc əsgərlərə və onların valideynlərinə təbriki çatdırılıb.

Sonra tədbirdə çıxış edən DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətində davamlı, dinamik inkişafa nail olunduğunu bildirib.

A. Ələkbərov Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulayıb, onların dövlətimizin diqqət və qayğısı sayəsində yaradılmış ideal şəraitdən bəhlənərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini ifadə edib.

Mərasimdə çıxış edən valideynlər gənc əsgərlərə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər, övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___