PROKUROR ÖZÜNÜ MTN ƏMƏKDAŞI KİMİ TƏQDİM EDƏRƏK DƏLƏDUZLUQ EDƏN ŞƏXSƏ CƏZA İSTƏYİB
Tarix: 28-09-2018 | Saat: 16:04
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Xəbəri paylaş
5918 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-09-2018 | Saat: 16:04
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşı düzəltmək adı ilə dələduzluq etməkdə və narkotik vasitə saxlamaqda ittiham edilən Yusif Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Y.Bayramovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, Y.Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 234-cü (narkotik vasitə əldə etmə) maddələri ilə ittiham olunur.
O, Sevdimalı Novruzova onun oğlunu işə düzəldəcəyi vədi verib və ondan dələduzluq yolu ilə pul alıb. Lakin Y.Bayramov vədinə əməl etməyib.
Zərərçəkmiş S.Novruzov ifadəsində deyib ki, Y.Bayramov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçisi kimi təqdim edib.
Bundan başqa, Y.Bayramov Şəki rayonuna gedərkən onu yol polisi saxlayıb. Maşının üzərində həbs olduğu üçün polis əməkdaşı avtomobilin cərimə meydançasına aparılmasını tələb edib. Tərəflər arasındakı danışıqdan sonra maşın cərimə meydançasına aparılmayıb. Y. Bayramov və polis əməkdaşı Şəkidə otellərdən birinin həyətində görüşməyi planlaşdırıblar.
Y.Bayramov bildirib ki, polis əməkdaşına 30 manat rüşvət verərkən telefon vasitəsi ilə çəkib. Y.Bayramov həmin görüntülərlə polisi şantaj edərək, bu dəfə özü ondan pul tələb edib. Polis əməkdaşı da bununla razılaşıb. Növbəti görüşdə Y.Bayramov polisdən pul alarkən özü həbs edilib.
Xəbəri paylaş
Digər xəbərlər
10-11-2015, 17:13
Yataq səhnələri ilə məşhur olan 13 film - fotolar+siyahı
21-08-2015, 13:35
MSK sədri: “Azərbaycanda internetin keyfiyyəti seçki prosesini rahat şəkildə onlayn izləməyə imkan verir”
21-04-2018, 19:48
Yeni nazirin 38 yaşı var - Bioqrafiya
21-10-2017, 17:08
Qalmaqallı yazının müəllifi Azərbaycandan üzr istədi
5-08-2017, 22:28
Araz Ağalarovun şəriki güllələndi - Fotolar
8-01-2018, 15:09
"Borca görə arvadını təklif etdi" - Bakıda ŞOK CİNAYƏTİN TƏFƏRRÜATI
30-06-2019, 17:27
Həkimlər Mehmet Ali Erbillə bağlı qərar verdi
29-04-2016, 23:26
Ermənistan parlamentində şok etiraf: "O torpaqlar bizim deyil!" - VİDEO
25-03-2016, 11:42
Bu günə olan hava proqnozu