MSK sədri: “Azərbaycanda internetin keyfiyyəti seçki prosesini rahat şəkildə onlayn izləməyə imkan verir”
Tarix: 21-08-2015 | Saat: 13:35
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
“Azərbaycanda keçiriləcək parlament seçkilərini hər kəs internet üzərindən izləyə bilər”.
Xeberaz.az İKT.lent.az-a istinad xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, Azərbaycanda internetin azad olması və hər kəs üçün əlçatımlılığı seçki prosesinin izlənməsində hamı üçün eyni şəraiti yaradır. O bildirib ki, ölkənin internet infrastrukturunun inkişafı seçki prosesinin bütün dünyaya yubanmadan, donmadan və qırılmalar olmadan göstərilməsinə imkan verir: “İnternet üzərindən dünyanın istənilən nöqtəsindən məntəqələrdə seçkiləri izləyə bilərlər. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarda fəaliyyət göstərir”.
M. Pənahovun sözlərinə görə, seçkilərin şəffaflığı üçün 1000-ə qədər seçki məntəqəsində kameralar quraşdırılıb: “Bu kameralarla qeydə alınanlar internet üzərinə ötürülür. Ölkədə internetin keyfiyyəti və sürəti imkan verir ki, hər kəs öz evində əyləşməklə seçki prosesini rahat şəkildə izləyə bilsin”.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

2-04-2017, 16:01
Yeni ailə quran müəllimə məktub yazıb özünü öldürdü
24-11-2016, 10:48
"Opel" yük maşınına çırpıldı: 3 ölü
13-02-2016, 11:09
Telefon kabeli oğurlandı - 4 kənd rabitəsiz və internetsiz qaldı
15-06-2016, 13:22
Çubarov: “Rusiya tatarları buna məcbur edir”
5-11-2018, 11:34
Elmar Məmmədyarov: Azərbaycan ədalətsizlikdən, o cümlədən torpaqlarının işğal olunmasından əziyyət çəkir
29-09-2022, 11:13
Lənkəranda axund məsciddə namaz qılarkən bıçaqlanıb
19-08-2018, 14:44
HACI QULİYEV MƏTANƏT ƏSƏDOVAYA DƏSTƏK ÇIXDI !
10-08-2022, 13:11
Reyhanın bu günə qədər bilmədiyimiz MÖCÜZƏVİ FAYDALARI
23-09-2020, 10:54
Kolleclərə ixtisas seçiminin vaxtı AÇIQLANDI
12-11-2018, 13:29
Qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ