Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır
Tarix: 16-08-2018 | Saat: 12:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri yolun Quba istiqamətində aparılır. Təmir işləri bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılıb.
Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Xəbəri paylaş
6018 dəfə oxunub.
Digər xəbərlər

3-01-2019, 10:58
Gücləndirilmiş iş rejimi yanvarın 5-nə qədər uzadıldı
15-12-2016, 11:07
Avropa ABŞ-a qarşı Rusiya ilə birləşir – Şok bəyanat
19-09-2022, 10:27
Havanın temperaturu yenidən yüksələcək
1-07-2017, 16:37
Hacı Cavad məscidinin tikintisindən - Fotolar
15-06-2021, 10:08
Nazilə Səfərli ana olur? - Özü açıqladı
9-05-2016, 17:56
Çində "kölgə bankçılığı"nın həcmi 7 trln. dollara çatıb