Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
18 yaşlı azərbaycanlı çempion intiharından əvvəl bu şəxslərə mesaj yazıb - RƏSMİ
Tarix: 13-07-2017, 18:12 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər



İyulun 4-də Binəqədi qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun yaşadığı evin həyətində olan turnikdən özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Bu barədə Bakı şəhər Prokurorluğundan daxil olan məlumatda bildirilib. Qeyd edilib ki, R. Dünyamalıyevin meyitinin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasion şırımdan başqa hər hansı xəsarət aşkarlanmayıb. Hadisə yerinə baxış zamanı meyitin yanında aşkar edilmiş mərhuma məxsus “Samsung” markalı mobil telefona baxış zamanı telefonun ismarıclar bölümündə fon şəkilində özünə qəsd edəcəyi ilə bağlı hamıdan üzr istəməsi barədə anası, bacısı, məşqçiləri və bibisinə ünvanlanmış müraciət müəyyənləşib.
 
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
 
Cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaları təyin edilib, R. Dünyamalıyevin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
 
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, R. Dünyamalıyev valideynləri və bacısı ilə birlikdə yaşadığı ünvanda səhər saatlarında evdə tək olmasından istifadə edərək intihar edib. Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, sağlığında R. Dünyamalıyevlə amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmayıb.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, R. Dünyamalıyev sambo üzrə Azərbaycan yığmasının üzvü olub. 
 
*****
 
11:14
 
Dünən mətbuatda sambo üzrə Avropa çempionu Rəşad Dünyamalıyevin intiharı ilə bağlı xəbərlər yayılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə iyulun 4-də 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun Binəqədi qəsəbəsində yaşadığı həyət evində baş verib. 18 yaşlı idmançı səhər saatlarında həyətədəki turnikdən özünü asaraq həyatına son qoyub.
 
57 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad hadisə baş verən gün sambo üzrə Azərbaycan yığmasının heyətində Qazaxıstanda keçirilən Nursultan Nazarbayev turnirinə qatılmalı imiş. Belə ki, Azərbaycan yığmasının üzvləri və məşqçilər səhər saatlarında toplaşıblar və Rəşadın da gəlib çıxmasını gözləyiblər. Artıq təyyarəyə gecikəcəklərini gördükdə, onlar idmançılardan birini Rəşadgilin evinə göndəriblər və dəhşətli mənzərə ortaya çıxıb.
 
Bildirilir ki, hadisə baş verən gün Rəşad evdə tək olub. Səhər saatlarında anası işə gedərkən onu oyadıb. Rəşad isə hazırlanıb aeroporta gedəcəyini deyərək anasını yola salıb. Evin tək oğul övladı olan Rəşadın bacısı da həmin vaxt işdə olub.
 
Rəşad Dünyamalıyevin şəxsi məşqçisi, tanınmış hakim Cabir İsmayılov hadisə barəsində Lent.az-a bunları deyib: "Onu çox gözlədik, artıq təyyarəyə gecikirdik və belə bir məlumat gəldi. Qazaxıstana çatanda hamı bizə başsağlığı verirdi. Mənim üçün çox ağırdır. 5 yaşından əlimdə böyüyən uşaqdır. 2 dəfə Avropa Çempionu olub. Bir dəfə Dünya ikincisi olub. Rəşad 7-8 dəfə Azərbaycan çempionu olmuşdu, ona böyük ümidlər bəsləyirdik. Buna görə də əsas yığmaya dəvət etmişdik ki, onu Qazaxıstanda da yoxlayaq".
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 




5598 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___