Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çində "kölgə bankçılığı"nın həcmi 7 trln. dollara çatıb
Tarix: 09-05-2016 | Saat: 17:56
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Çində "kölgə bankçılığı"nın həcmi 7 trln. dollara çatıb

Bakı. 9 may. REPORT.AZ/ Çində kommersiya bankları tərəfindən qeyri-bank kredit təşkilatları, o cümlədən broker şirkətlərinin maliyyələşdirilməsi sürətlə davam edir. "Report"un "Royal Bank of Scotland"ın hesabatına istinadən verdiyi xəbərə görə, banklarla biznes arasında vasitəçilk edən bu təşkilatların məcmu kredit portfeli 7 trln. dollara çatıb. Analitiklər düşünürlər ki, yaranan bu "kredit köpüyü" partlayacağı təqdirdə, Çin iqtisadiyyatının çökməsi mümkündür.
Qeyd edək ki, Çin qanunvericiliyinə əsasən, bu kateqoriyadan olan şirkətlərin depozit toplamasına icazə verilmir. Məhz banklar tərəfindən qeyri-bank təşkilatlarının maliyyələşdirilməsi Çində məcmu kreditləşmənin artım tempinin yüksəlməsinə səbəb olub. "Moody's" beynəlxalq reytinq agentliyinin qiymətləndirməsinə görə, Çindəki "kölgə" kreditləşməsinin həcmi 6,92 trln. dollarla ölkə iqtisadiyyatının 2/3 hissəsinə bərabərdir.
"Bloomberg" agentliyinin açıqlamasına görə, "kölgə bankçılığında" əhalinin pul vəsaitlərinin idarə edilməsi məqsədilə emissiya edilən müxtəlif maliyyə alətlərinin həcmi 2015-ci ildə 70% artaraq 2,9 trln. dollara çatıb. "Kölgə bankçılığının" bu qədər sürətlə inkişaf etməsinə səbəb bank kreditləşməsinin sərt şəkildə tənzimlənmnəsidir. Bank kreditləri Çində 4%-ə olduğu halda, qeyri-bank təşkilatlarında kreditlərin qiyməti 10%-dir.
HSBC ekspertləri hesab edirlər ki, məhz "kölgə bankçılığının" inkişafı Şanxayda 2016-cı ilin yanvar-fevral aylarında daşınmaz əmlakın 24% bahalaşmasına səbəb olub. Buna spekulyativ əməliyyatlar da təsir edib.
"Bloomberg" analitikləri qeyri-bank kredit təşkilatlarının zəruri balansa sahib olmadığını, son nəticədə kredit risklərinin yenə də banklar üzərində qaldığını düşünürlər. CLSA broker şirkətinin hesabatına əsasən, "kölgə bankçılığında" problemli kreditlərin həcmi 730 mlrd. dollara çatıb ki, bunun da 44 mlrd. dolları ümidsiz hesab oluna bilər.
"Report"un analitik qrupu hesab edir ki, qlobal tələbatın zəifləməsi fonunda Çin iqtisadiyyatının yavaşlaması qısa müddət ərzində ölkənin bank sektorunda ciddi problemlər yarada bilər. Nəticədə, yuan kəskin devalvasiya ola bilər ki, bu da dünya valyuta bazarında neqativ təsir yaradacaq. Qeyd edək ki, bu gün açıqlanan idxal-xrac göstəricilərinə əsasən, apreldə Çində ixrac illik müqayisədə 1,8%, idxal isə 10,9% azalıb. Məhz bu səbəbdən Şanxay Fond Birjasının indeksi bu gün 2,79% azalaraq 2 832 bəndə kimi geriləyib. Sadalanan göstəricilər Çin iqtisadiyyatında yavaşlamanın davam etməsindən xəbər verir.


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___