Dövlət Bahçeli: "Ermənilər Xocalıda soyqırım törədiblər və bunun qisası hələ alınmayıb"
Tarix: 27-02-2018 | Saat: 12:24
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər
“1992-ci ilin fevralın 25-dən 26-na kecən gecə erməni silahlı dəstələri Rusiya ordusunun 366-cı alayı ilə birlikdə Xocalı şəhərinə vəhşicəsinə hücum ediblər”.
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
O, Xocalıda soyqırm törədildiyini vurğulayıb: “Əgər BMT-nin soyqırım cinayətlərinin qarşısının alınmasına dair Konvensiyasının 2-ci maddəsi ədalətli şəkildə şərh edilərsə, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədildiyi mütləq təsdiqini tapar. Soyqırım cinayətinin mühakimə edəcək beynəlxalq məhkəmələr məlumdur. Erməni qatillər Rusiya hərbçiləri ilə birlıikdə 20-ci əsrin soyqırımlarından birini törədiblər. Xocalının harayı cavabsız qalıb, qisası alınmayıb. Bir milyon soydaşımızın yurd-yuvalarından məhrum edilməsi, qovulması cinyətdir.
Azərbaycanın ərazisinin 5-də biri Ermənistanın işğalı altındadır. ATƏT-in Minsk qrupu uzun illərdir gözlənilən fəaliyyətlə məşğul olmayıb. Erməni diasporunun ipinə dolaşanlar Xocalı ilə bağlı məsələdə fəaliyətsizdir. “Hamımız erməniyik!” şüarını söyləyənlər Xocalı soyqırımının ilhamvericiləridir. 1915-ci il hadisələri ilə bağlı ölkəmiz əleyhinə qərar qəbul edən qərb dövlətləri Xocalı hadisəsini necə izah edəcklər? Hollandiya nə etmək istəyir? Bu ölkə Srebrenitsada törətdiyi zülmüləri niyə pərdələyir? 16-cı əsrdə İstanbula gəlib əl-ətək öpdüklərini onlar yaddan çıxara bilər, amma biz unutmamışıq”.
[email protected]
Xəbəri paylaş
5958 dəfə oxunub.
Digər xəbərlər

31-05-2017, 20:57
Azərbaycan prezidenti hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb
26-02-2020, 18:48
Çempionlar Liqasının oyunları təxirə salındı
24-03-2021, 15:38
İcra başçısı tərəfindən həyatı təhlükədə olduğunu iddia edən sahibkar - İLGİNC GƏLİŞMƏ //VİDEO
12-08-2016, 21:09
Batumidə azərbaycanlıların başına iş gəldi - Turizm əməkdaşları pulları kazinoda uduzdu
18-01-2016, 14:13
Göyçayda 19 yaşlı qız özünü asdı
14-03-2018, 12:56
İşğal nəticəsində Azərbaycana dəymiş ziyan açıqlandı - 818 milyard 880 milyon dollar
16-08-2019, 20:17
İlham Əliyev DSX-nin şəxsi heyətini təbrik edib
8-02-2019, 14:20
"Barselona" Messinin gedişinə hazır olmalıdır" - Bartomeu