Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dövlət Bahçeli: "Ermənilər Xocalıda soyqırım törədiblər və bunun qisası hələ alınmayıb"
Tarix: 27-02-2018 | Saat: 12:24
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər



“1992-ci ilin fevralın 25-dən 26-na kecən gecə erməni silahlı dəstələri Rusiya ordusunun 366-cı alayı ilə birlikdə Xocalı şəhərinə vəhşicəsinə hücum ediblər”.
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
O, Xocalıda soyqırm törədildiyini vurğulayıb: “Əgər BMT-nin soyqırım cinayətlərinin qarşısının alınmasına dair Konvensiyasının 2-ci maddəsi ədalətli şəkildə şərh edilərsə, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədildiyi mütləq təsdiqini tapar. Soyqırım cinayətinin mühakimə edəcək beynəlxalq məhkəmələr məlumdur. Erməni qatillər Rusiya hərbçiləri ilə birlıikdə 20-ci əsrin soyqırımlarından birini törədiblər. Xocalının harayı cavabsız qalıb, qisası alınmayıb. Bir milyon soydaşımızın yurd-yuvalarından məhrum edilməsi, qovulması cinyətdir.
Azərbaycanın ərazisinin 5-də biri Ermənistanın işğalı altındadır. ATƏT-in Minsk qrupu uzun illərdir gözlənilən fəaliyyətlə məşğul olmayıb. Erməni diasporunun ipinə dolaşanlar Xocalı ilə bağlı məsələdə fəaliyətsizdir. “Hamımız erməniyik!” şüarını söyləyənlər Xocalı soyqırımının ilhamvericiləridir. 1915-ci il hadisələri ilə bağlı ölkəmiz əleyhinə qərar qəbul edən qərb dövlətləri Xocalı hadisəsini necə izah edəcklər? Hollandiya nə etmək istəyir? Bu ölkə Srebrenitsada törətdiyi zülmüləri niyə pərdələyir? 16-cı əsrdə İstanbula gəlib əl-ətək öpdüklərini onlar yaddan çıxara bilər, amma biz unutmamışıq”.
[email protected]


Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
8-02-2016, 12:44 Siqaret UCUZLAŞDI

bütün xəbərlər
____ Instagram ___