Azərbaycan-Rusiya dəmiryol reyslərində azalma
Tarix: 02-07-2015 | Saat: 02:46
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Foto-fakt | çapa göndər
Azərbaycan və Rusiya arasında sərnişin dəmiryol reyslərinin sayının azaldılmasına səbəb sərnişindaşımanın həcminin aşağı düşməsidir.
Xeberaz.az xəbər verir ki, bu barədə Trend-ə “Rusiya Dəmir Yolları” ASC-nin sədri Vladimir Yakunin deyib.
O bildirib ki, 2014-cü ildə Rusiya və Azərbaycan arasında dəmiryol sərnişindaşımaları ötən illə müqayisədə 22 faiz aşağı düşüb:
“Ötən il 201 min sərnişin daşınıb. 2015-ci ildə də analoji tendensiya saxlanılıb. Cari ilin dörd ayı ərzində 2014-cü ilin analoji dövrü ilə müqayisədə Rusiya və Azərbaycan arasında dəmiryol nəqliyyatı ilə 72 faiz az sərnişin daşınıb”.
V.Yakunin qeyd edib ki, MDB ölkələri ilə dəmiryol daşımalarının həcminin 2013-cü illə müqayisədə 46 faiz aşağı düşməsini nəzərə alaraq, 2014-cü il dekabr ayından Moskva-Bakı (95/96 N-li qatar), Tümen-Bakı (373/374 N-li qatar), Rostov-Bakı (391/392 N-li qatar) kimi istiqamətlər də daxil olmaqla, beynəlxalq qatarların hərəkəti məhdudlaşdırılıb:
“Bununla yanaşı, 2014-cü il dekabrın 14-dən Tümen-Mahaçqala marşrutu üzrə 373/374 N-li qatar hərəkət edir. Rostov və Bakı arasında dəmiryol əlaqəsinin saxlanması üçün bu il iyunun 4-dən 4 gündə 1 dəfə 391/392 N-li qatar hərəkət etməyə başlayıb”.
Xəbəri paylaş
5598 dəfə oxunub.
Digər xəbərlər

12-06-2015, 16:22
OBAMA: "Türkiyədən Suriyaya keçən minlərlə döyüşçü İŞİD-i gücləndirir".
27-04-2016, 11:32
Qız qalasının sirri açıldı -Qalanın kodu Quranın koduna bağlanır
18-01-2016, 16:32
"Bulvarda" Gənc qadın ozünü dənizə atdı
16-10-2015, 15:46
Sürücülərin diqqətinə: güclü duman var
7-05-2021, 11:39
Sumqayıtda kanalizasiya suyu küçəyə axıdılır - VİDEO
6-04-2015, 13:52
Ət alanda diqqətli olun - Satışda qalıq ət satılır– VİDEO
28-08-2015, 00:17
Türkiyədə terror: 1 hərbçi həlak olub, 2-si isə yaralanıb
24-07-2015, 12:19
Dollar yenə ucuzlaşdı
2-05-2016, 18:49
Krımın qadın prokuroru klipə çəkildi
22-08-2023, 10:09
Bakıda oğul anasını və yanındakı kişini bıçaqladı