Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Foto-fakt > Azərbaycan-Rusiya dəmiryol reyslərində azalma
Azərbaycan-Rusiya dəmiryol reyslərində azalma2-07-2015, 02:46. Yazar: Xeberaz |
Azərbaycan və Rusiya arasında sərnişin dəmiryol reyslərinin sayının azaldılmasına səbəb sərnişindaşımanın həcminin aşağı düşməsidir. Xeberaz.az xəbər verir ki, bu barədə Trend-ə “Rusiya Dəmir Yolları” ASC-nin sədri Vladimir Yakunin deyib. O bildirib ki, 2014-cü ildə Rusiya və Azərbaycan arasında dəmiryol sərnişindaşımaları ötən illə müqayisədə 22 faiz aşağı düşüb: “Ötən il 201 min sərnişin daşınıb. 2015-ci ildə də analoji tendensiya saxlanılıb. Cari ilin dörd ayı ərzində 2014-cü ilin analoji dövrü ilə müqayisədə Rusiya və Azərbaycan arasında dəmiryol nəqliyyatı ilə 72 faiz az sərnişin daşınıb”. V.Yakunin qeyd edib ki, MDB ölkələri ilə dəmiryol daşımalarının həcminin 2013-cü illə müqayisədə 46 faiz aşağı düşməsini nəzərə alaraq, 2014-cü il dekabr ayından Moskva-Bakı (95/96 N-li qatar), Tümen-Bakı (373/374 N-li qatar), Rostov-Bakı (391/392 N-li qatar) kimi istiqamətlər də daxil olmaqla, beynəlxalq qatarların hərəkəti məhdudlaşdırılıb: “Bununla yanaşı, 2014-cü il dekabrın 14-dən Tümen-Mahaçqala marşrutu üzrə 373/374 N-li qatar hərəkət edir. Rostov və Bakı arasında dəmiryol əlaqəsinin saxlanması üçün bu il iyunun 4-dən 4 gündə 1 dəfə 391/392 N-li qatar hərəkət etməyə başlayıb”. Geri dön |