Sürücülərin diqqətinə: güclü duman var
Tarix: 16-10-2015 | Saat: 15:46
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Havaların soyuması dağlıq ərazilərdən keçən yollarda özünü göstərib. Xüsusilə Ağsu dolaylarında duman səbəbindən görüntü məhdudlaşıb. Sürücülər günün müəyyən vaxtlarında çətin anlar yaşayıblar
Dolaylarda təhlükəli anlar yaşanıb. Səhər saatlarında yaranan qatı duman bu istiqamətdə avtomobillərin hərəkətini çətinləşdirib. Bəzi sürücülər yolda qalıblar.
Belə hallarda qəzalar da qaçılmaz olur. Ani diqqətsizlik bədbəxt hadisələrə yol aça bilər. Bu üzdən sürücülər mümkün qədər ehtiyatlı olmağa çalışırlar.
Sürücülər ara məsafəsinə maksimum riayət etməklə yollarına davam edirlər. Yollarda avtomobillərin çox aşağı sürətlə hərəkət etməsi diqqətdən yayınmır. Təbii ki, çıraqlardan istifadə etmək də zərurətə çevrilib.
Bu istiqamətdə hərəkət edən avtomobillərin sayında azalma müşahidə olunur. Əsasən də yola nabələd sürücülər alternativ yollardan istifadəyə üstünlük verirlər.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Şamaxı-Ağsu istiqamətində hərəkət edən sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur. (Region Tv)
Xəbəri paylaş
6118 dəfə oxunub.
Digər xəbərlər

7-04-2015, 16:34
Azərbaycanda xarici ölkənin səfiri dünyasını dəyişdi - YENİLƏNİB
27-02-2023, 11:11
Həbs olunan prodüser Təranə Səmədovadan XƏBƏR VAR - Övladları ilə bağlı ərizə yazacaq - FOTO
26-09-2017, 13:51
Sərkisyana meyxana deyən azərbaycanlı deport edildi – Video
13-06-2016, 13:10
Rəqsanə göbəyini açdı: "Baxın ..." - FOTO
19-05-2020, 12:26
Şahin Məmmədovun təyin etdiyi bas həkim Agcabədidə at oynadir,bağda mənəm bağdatda kor xəlifə
16-03-2015, 17:07
Erməni sakitləşmək istəmir
27-09-2021, 15:53
Prezidentin şəklini tutduğu şəhid kimdir? - FOTO