Mindən çox məhbus həbsxanadan qaçdı
Tarix: 01-07-2015 | Saat: 12:11
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Hadisə ölkənin üçüncü böyük şəhəri olan Taizdə ötən gün baş verib.
Yəmənin cənub-qərbində yerləşən həbsxanadan 1200 məhbus qaçıb. Onların içində "əl-Qaidə" terror təşkilatının üzvləri də var.
ANS PRESS-in məlumatına görə, hadisə Yəmənin üçüncü böyük şəhəri olan Taizdə ötən gün baş verib. Husilərlə rəqibləri arasında atışma həbsxananı darmadağın edib.
Yerli hakimiyyətin məlumatına əsasən, bu rəqəm ilkin hesablamalardı və ümumiyyətlə, dəqiq neçə məhbusun qaçdığı bəlli deyil.
Bu, Yəmən həbsxanalarında baş verən üçüncü belə hadisədir.
Xatırladaq ki, bu ilin martından Yəməndə vəziyyət qarışıb. Husilər (şiələr) ölkə prezidentinin devrilməsini istəyir. Səudiyyə Ərəbistanının başçılığı ilə husilərə qarşı hava hücumu endirmək üçün koalisiyası yaradılıb. Lakin hava zərbələri də heç bir nəticə verməyib. Husilər Yəməndə böyük əraziləri tutublar. Onları keçmiş prezident Əli Abdullah Salehə sadiq qüvvələr dəstəkləyir.
Ölkənin hazırkı prezidenti Abd-Rabbu Mansur Hadi isə Səudiyyə Ərəbistanına qaçıb və orada gizlənib.
Xəbəri paylaş
6178 dəfə oxunub.
Digər xəbərlər

21-09-2015, 21:45
Volqoqradda azərbaycanlının toyda güllələdiyi adam məşhur idmançıdır – FOTO + VİDEO
24-04-2016, 18:44
Aksiyaçılar Moldovada hökumət binasını mühasirəyə alıb - YENİLƏNİB
2-04-2019, 17:26
Problemli kreditlər üzrə kompensasiya ödənişi qaydası BELƏDİR
8-05-2019, 11:19
Azərbaycanda 14 yaşlı qızı babası yaşda kişiyə ərə verdilər
27-03-2017, 22:28
Prezident onlara general-mayor rütbəsi verdi - Yenilənib
20-07-2016, 18:18
ANS-ə daha bir ZƏRBƏ
21-06-2021, 10:39
Bakıda ahıl yaşlı kişi faciəvi şəkildə öldü
12-10-2015, 21:29
Pepsi P1 adlı telefonun buraxacaq qiyməti...
11-01-2019, 10:46
Məşhur klip kanalı fəaliyyətini dayandırır
16-04-2018, 16:27
Adi kələmin ürək üçün inanılmaz faydası. Hər gün yeyin!