Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Bakıda görünməmiş qanunsuzluq: yol polisi parkomatın yanından maşınları apardı - VİDEO
Tarix: 09-10-2017 | Saat: 20:35
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

 
Dövlət Yol Polisi İdarəsinin Bakıda Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasının əməkdaşları maşınları qeyri-qanuni şəkildə meydançaya aparırlar.
 
Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində Bakı Şəhər İcra Hakimiyyətinin quraşdırdığı parkomatların yanından 10-dan çox avtomobil qanunsuz olaraq cərimə meydançasına aparılıb. Sürücülər bildirir ki, müvafiq dövlət qurumun icazəsi ilə qoyulmuş parkomatların yanında maşınlarını saxlayıb dayanacaq pulunu ödəsələr də, evakuatorlar maşınlarını cərimə meydançasına aparıb. Onlara isə bildirilib ki, parkomat qanunsuz qoyulub.
 
 
Bakı şəhər İcra Hakimiyyətinin hadisə yerində olan əməkdaşları da bildirib ki, maşınları cərimə meydançasına aparan şəxslər qanunsuzluq ediblər: “Bizim burada parkomatlarımız var. Maşın saxlamaq qanunidir. Lakin maşınları aparanlar iddia edir ki, parkomat qanunsuz qoyulub. Gülməli vəziyyət yaranıb”.
 
Qeyd edək ki, maşınları qanunsuz şəkildə cərimə meydançasına aparan evakuatorun dövlət nömrə nişanı 90 JM 008-dir.
 
Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlama verib. O bildirib ki, hardasa parkomat qoyulubsa, o demək deyil, orada maşın saxlamaq olar: “Ola bilsin ki, parkomat düzgün qoyulmayıb.  Mən indi bu məsələdən xəbərsizəm”.
 
 
YPX rəsmisinin sözlərinə görə, cərimə meydançasından ona bildiriblər ki, həmin ərazidən yalnız  piyada keçidin üzərində olan avtomobillər götürülüb. (Videodan görünür ki, bu, belə deyil).
 
Vaqif Əsədov qeyd edib ki, həmin sürücülər cərimə meydançasına yaxınlaşıb, avtomobillərinin niyə aparılmasını öyrənə bilərlər: “Həmin sürücülər cərimə meydançasına yaxınlaşsın. Onlara maşınları  şəkillərini  göstərəcəklər və niyə aparılmasını izah edəcəklər”.





1358 dəfə oxunub.

Digər xəbərlər
8-06-2017, 13:32 35 dərəcə isti olacaq

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___