Microsoft”un qurucusu və milyarder Bill Qeyts “Berkshire
Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffett üçün üzərində onun portreti olan ad günü tortu bişirib. o, desertin hazırlanma videosunu “Twitter”də yayımlayıb. “90 yaşın mübarək, Uorren!”, – deyə Qeyts videoya ismarıc əlavə edib. Qeyd edək ki, U.Baffet planetin ən zəngin insanlarının TOP-onluğundadır. Aprel ayında onun sərvəti 67,5 milyard dollar dəyərində qiymətləndirilib. Bil Qeyts isə 98 milyard dollar ilə sözügedən siyahıda ikinci yerdə qərarlaşıb.