Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Başbuğ Türkiyəyə Atatürkün kürd vəsiyyətini xatırlatdı
Tarix: 06-05-2016 | Saat: 13:30
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Başbuğ Türkiyəyə Atatürkün kürd vəsiyyətini xatırlatdı

Türkiyə və İran İraqda müstəqil kürd dövlətinin yaranmasına mane ola bilər.
"Xəbəraz.az " xəbər verir ki, bunu “Milli Siyasət və Terrorla Mübarizə” konfransında çıxışı zamanı Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ söyləyib. Onun sözlərinə görə, Tehran və Ankara kürd dövlətinin yaradılmasını istəməsə, ABŞ bu layihəni reallaşdırmayacaq:

“Rusiya təyyarəsinin vurulması ilə Türkiyə Suriyadakı liderliyini itirdi. İŞİD-in tərk etdiyi torpaqlara kürdlər gəlir. Hər yerdə eyni şey yaşanır. Eyni şey Mosulda da yaşanacaqmı? Böyük ehtimalla, bəli. Belə olarsa, İraqın şimalında müstəqil kürd dövlətinin qurulması istiqamətində son addım atmış olarıq. Atatürkün dediklərini heç bir zaman unutmayın”.

Qeyd edək ki, Atatürk heç vaxt kürd dövləti tərəfdarı olmayıb. O, kürd dövləti haqqında fikrini ilk dəfə Türkiyə Parlamentində Mosul məsələsi müzakirə olunanda söyləyib. Atatürkün fikrincə, böyük dövlətlər məhz bu ərazidə kürd dövləti qurmağı hədəfləyiblər. Bundan öncə dəfələrlə Atatürkün kürdlərə muxtariyyat söz verdiyi söylənilsə də, bu, indiyə qədər sübut edilməyib.


Xəbəri paylaş

7808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___