“Prezident seçkisinədək İqar Məmmədov azadlıqda olacaq” - REAL-dan AÇIQLAMA
Tarix: 28-09-2017 | Saat: 11:56
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Partiya sədrliyinə də, prezidentliyə də yeganə namizəd İlqar Məmmədovdur”.
Bunu açıqlamasında REAL-ın icraçı katibi Natiq Cəfərli deyib.
O bildirib ki, prezident seçkiləri ilə bağlı hər hansı bir qərarın veriləcəyi gözlənilməsə də, REAL-ın bununla əlaqəli düşüncələri bəllidir:
“Bilirsiniz ki, oktyabrın 29-da Respublikaçı Alternativ Partiyasının I təsis qurultayının keçirilməsi qərarı verilib. Yəni partiyanın təsis olunması, seçkili orqanların seçilməsi ilə bağlı tədbirlər olacaq. Qurultayın əsas məqsədi təsis olunmaqdır. Bundan sonra sənədlər qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyinə təqdim ediləcək. Eyni zamanda, qurultayda Məclis seçiləcək. Bundan sonra İdarə Heyəti və bu istiqamətdə seçkilər olacaq. Əsasən təşkilati və struktur məsələləri həll olunacaq.
Prezident seçkiləri ilə bağlı hər hansı bir qərarın veriləcəyi gözlənilmir. Çünki bu, təchiz olunduqdan sonra partiyanın Məclisi tərəfindən verilə biləcək bir qərardır”.
N.Cəfərli qeyd edib ki, İlqar Məmmədovun namizədliyi ilə bağlı hüquqi cəhətdən ciddi əngəllər və maneələr var:
“Prezident seçkiləri ilə əlaqəli tələskənliyə və ya hər hansı formada yeni qərara ehtiyac yoxdur. Çünki öncədən də elan etmişik ki, 2018-ci ildə hər bir halda bizim namizəd İlqar Məmmədov olacaq. Baxmayaraq ki, bu istiqamətdə hüquqi cəhətdən ciddi əngəllər və maneələr var. Amma ümid edirik ki, o vaxta qədər həm İlqar Məmmədov azadlıqda olacaq, həm də Avropa Məhkəməsinin qərarı yerinə yetirilərək onun üzərindən haqsız məhkumluq götürüləcək”.
Xəbəri paylaş
9538 dəfə oxunub.
Digər xəbərlər

12-07-2022, 10:58
Müğənnilərin TOY QİYMƏTLƏRİ - 3500-20000 AZN - SİYAHI
15-05-2022, 10:48
Azərbaycana “Avroviziya-2022”də bu ölkələr xal verdi - SİYAHI
16-04-2015, 12:08
Çinlilər qorxulu işin görün necə öhdəsindən gəlir– FOTO
6-01-2016, 13:51
Neft rekord həddə ucuzlaşdı
10-12-2020, 19:09
İlham Əliyevlə Ərdoğanın Zəfər paradında çıxışının TAM MƏTNİ
11-10-2022, 11:42
Azərbaycanda pulu ayaq altına tökdülər - Bəyin dostları "paçka-paçka" PUL SƏPDİLƏR - VİDEO
2-05-2017, 23:59
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub
29-03-2019, 10:12
Türkiyədə dronlu əməliyyat: azərbaycanlı fahişələr tutuldu
30-10-2018, 18:19
Təranə Səmədova həbs olundu - İnsan alverinə görə