Ana Sayfa > Karusel / Siyasət > “Prezident seçkisinədək İqar Məmmədov azadlıqda olacaq” - REAL-dan AÇIQLAMA

“Prezident seçkisinədək İqar Məmmədov azadlıqda olacaq” - REAL-dan AÇIQLAMA


28-09-2017, 11:56. Yazar: Xeberaz
 
“Partiya sədrliyinə də, prezidentliyə də yeganə namizəd İlqar Məmmədovdur”.


Bunu açıqlamasında REAL-ın icraçı katibi Natiq Cəfərli deyib.


O bildirib ki, prezident seçkiləri ilə bağlı hər hansı bir qərarın veriləcəyi gözlənilməsə də, REAL-ın bununla əlaqəli düşüncələri bəllidir:


“Bilirsiniz ki, oktyabrın 29-da Respublikaçı Alternativ Partiyasının I təsis qurultayının keçirilməsi qərarı verilib. Yəni partiyanın təsis olunması, seçkili orqanların seçilməsi ilə bağlı tədbirlər olacaq. Qurultayın əsas məqsədi təsis olunmaqdır. Bundan sonra sənədlər qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyinə  təqdim ediləcək.  Eyni zamanda, qurultayda Məclis seçiləcək. Bundan sonra İdarə Heyəti və bu istiqamətdə seçkilər olacaq. Əsasən təşkilati və struktur məsələləri həll olunacaq.
Prezident seçkiləri ilə bağlı hər hansı bir qərarın veriləcəyi gözlənilmir. Çünki  bu, təchiz olunduqdan sonra partiyanın  Məclisi tərəfindən verilə biləcək bir qərardır”.


N.Cəfərli qeyd edib ki, İlqar Məmmədovun namizədliyi ilə bağlı  hüquqi cəhətdən ciddi əngəllər və maneələr var:


“Prezident seçkiləri ilə əlaqəli tələskənliyə və ya hər hansı formada  yeni qərara ehtiyac yoxdur. Çünki öncədən də elan etmişik ki, 2018-ci ildə hər bir halda bizim  namizəd İlqar Məmmədov olacaq. Baxmayaraq ki, bu istiqamətdə hüquqi cəhətdən ciddi əngəllər və maneələr var. Amma ümid edirik ki, o vaxta qədər həm İlqar Məmmədov azadlıqda olacaq, həm də Avropa Məhkəməsinin qərarı yerinə yetirilərək onun üzərindən haqsız məhkumluq götürüləcək”.


Geri dön