Dondurma alarkən diqqətli olun!
Tarix: 29-06-2015 | Saat: 19:20
Bölmə:Karusel / Səhiyyə / Maraqlı / M2 | çapa göndər
Dondurma və sərinləşdirici içkilərə nəzarət gücləndirilib
Mövsümlə əlaqədar əhalinin sərinləşdirici içkilərə də tələbatı artır. Belə içkilərin istehsal texnologiyasında sanitariya qaydalarının tələblərinə əməl olunmaqla hazırladıqda, eyni zamanda saxlanma temperaturuna yararlılıq müddətinə əməl olunduqda qida üçün yüksək təhlükə riski daşımır. Lakin bu məhsulları günəş şüası altında və ya isti havada uzun müddət saxladıqda keyfiyyətinin korlanmasına və içdikdə zərərli təsirlərə malik ola bilər.
Xeberaz.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.com-a bildiriblər ki, dondurma və sərinləşdirici içkilərə tələbatı nəzərə alaraq Gigiyena və Epidemiologiya Mərkəzi ümumi qaydaya əsasən adıçəkilən məhsullara dair yoxlamalar həyata keçirir. Cari ilin iyun ayında respublika ərazisində fəaliyyət göstərən 4 dondurma istehsalı sahəsində və 6 sərinləşdirici içkilər istehsalı sahəsi yoxlanılıb. Mövsüm ərzində dondurma istehsalı müəssisələrində sanitariya qayda və normalarının pozulması barədə müraciətlər olarsa qanunvericiliyə uyğun yoxlamalar aparılacaqdır.
Respublikanın Baş dövlət Sanitariya həkiminin müavini tərəfindən qəbul edilmiş 21 saylı 06.07.2006-cı il tarixli qərara əsasən
əhalinin kütləvi toplaşdığı ərazilərdə, park və meydanlarda, pərakəndə ticarət yerlərində açıq şəraitdə qazlaşdırılmış suların və sərinləşdirici içkilərin satışı qadağan edilmişdir.
Açıq halda kvas satışı zamanı sanitariya qayda və normalarının ciddi pozulması hallarına yol verilməsi nəzərə alınaraq istehsal edilən açıq kvas məhsuluna gigiyenik sertifikatlar verilməmişdir.
Xəbəri paylaş
7088 dəfə oxunub.
Digər xəbərlər

2-09-2015, 20:44
Sərməs ( HEKAYƏ)
9-05-2016, 15:47
“Aprel döyüşləri bir daha nümayiş etdirdi ki,..” - Prezident
4-03-2017, 18:26
Müğənni Adel: "Axmaqlar, mən elə deyiləm" - FOTO
15-05-2016, 05:02
Milyarderlərin gündəlik qazancı - Siyahı
5-10-2016, 19:59
"Kerrinin ermənilərlə yaxınlığını təsdiq edən faktlar var"
3-12-2021, 09:23
SOCAR-ın əməkdaşı Xəzərdə itkin düşdü
29-08-2016, 11:46
Bağırsağından külli miqdarda narkotik çıxdı - Azərbaycanda
11-07-2015, 20:31
PayPoint oğrularına bəd xəbər - VİDEO
16-09-2017, 22:20
"Gelandewagen"dən düşüb şıdırğı oynadı - Görün kimdir? - VİDEO