Nazir: "İşğalın davam etməsi münaqişənin siyasi həllinə ən böyük maneədir"
Tarix: 08-12-2016 | Saat: 17:02
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
ATƏT məkanındakı münaqişələr regionda sülh və təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. Bu səbəblər tez bir zamanda aradan qaldırılmalıdır.
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib. O bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılması aprel ayında münaqişə zonasında eskalasıyanın əsas səbəblərindən birdir:
"Bu fakt münaqişənin siyasi həllinə ən böyük maneədir. Aprel eskalasiyası göstərir ki, təmas xəttində vəziyyəti təhlükəlidir və istənilən vaxt gərginləşə bilər. Status-kvo dayanıqlı ola bilməz və dəyişməlidir. Biz Vyana və Sankt-Peterburq müzakirələrini yüksək qiymətləndiririk və hesab edirik ki, bunlar düzgün istiqamətdə atılan addımlardır. Həmsədrlərə və xüsusilə Rusiya prezidenti Vladimir Putinə bu istiqamətdə səylərinə görə təşəkkür edirik. Bu dinamikanı saxlamaq lazımdır.
Ümid edirik ki, Minsk qrupu bu istiqamətdə vacib rol oynayacaq. Münaqişənin nəticələrinin mərhələli şəkildə aradan qaldırılması, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, nəqliyyat əlaqələrinin bərpası və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ümumilikdə münaqişənin həllinə imkan verəcək. Bu yanaşma BMT-nin müvafiq qətnamələrində də göstərilib".
Xəbəri paylaş
6298 dəfə oxunub.
Digər xəbərlər

16-03-2017, 18:18
"Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" sərəncama dəyişiklik
18-05-2022, 10:54
Bakıda yanğında ölən şəxsin kimliyi məlum olub - FOTO
29-07-2016, 12:57
Günay İbrahimli nişanlandı - FOTOLAR
3-11-2016, 01:21
Şəkər və xərçəngə qarşı təbii müalicə - Nar qabığı
21-06-2019, 17:06
Qurban Bayramı nə vaxtdır? - Tarix açıqlandı
14-05-2016, 14:47
Cəbhədə erməni əsgər ağır yaralandı
11-12-2015, 11:13
"Mən dəli bir qadınam" - Röya
25-03-2022, 16:00
Onlar üçün qayda yoxdur: Bakıda moped sürücülərinin küçə “şou”su - VİDEO
13-08-2016, 09:51
Tankçılarımızdan Ermənistan hərbçilərinə unudulmaz "dərs"
10-03-2016, 10:48
İŞİD-in sirri açıldı - VİDEO - FOTO