Bayram günü ətdən bişirilən zərərsiz yeməklər - Bunlara diqqət!
Tarix: 01-09-2017 | Saat: 11:32
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Biz millət olaraq hər bayramda süfrələrimizə o qədər ləziz yeməklər düzürük ki, sonra o qidalara görə əziyyət çəkirik. Çünki əti düzgün inqredientlərlə qarışdırmırıq. Bunun üçün mütəxəssislər ət bişirərkən onun zülallı, yağlı, karbohidratlı qidalarla qarışdırılmamasını məsləhət görürlər. Məşhu yapon alimi Katsudzo Nişi deyib ki, ət yemək məcburiyyətində qalmısınızsa, bir ovuc ət pörtləməsini 3 ovuc çiy tərəvəzlə yeyilməsi məsləhətdir. Nişi hər bir məhsulun ayrı vaxtlarda yeyilməsinin tərəfdarıdır. Hətta şirin meyvələrin turş meyvələrə qatıb yeyilməsinin əleyhinədir. Nişi ətin əsasən yumurta, pendir, zülal, qoz, mayanez, kartofla qarışdırılıb yeyilməsinin əleyhinədir. Və sübut edir ki, bu qarışıq ağız dadına uyğun olsa da, mədədə gec həzm olunur və qana düzgün sovrulmur.
Məşhur sağlamlıq sistemlərindən bir neçəsinin müəllifi Pol Breq isə ət yeməyinin tərəvəzlərlə buğda bişirilməsini məsləhət görür.
Türkiyəli dietoloq Şəfiqə Aydın bildirir ki, yaxşı qidalanmayan və çox hərəkət edən heyvanların əti bərk olur. Yaxşı qidalanan heyvanın əti isə yağlı olur. Yağlı ətlər daha yumşaq və dadlı olur. Əti bütün bunları nəzər aldıqdan sonra bişirmək olar. Yağlı ətləri sobada bişirmək məsləhətdir. Yağlılığı çox olan əti sobada bişirdikdə artıq yağlar əriyib axır və beləliklə, orqanizmə daha az yağ daxil olur. Bərk əti isə qiymə halına salmaq tövsiyə olunur. Daha sonra qiymədən dadlı kotlet hazırlaya bilərsiniz.
Kulinar Tahir Əmraslanovla əlaqə saxladıq ki, görək bayramda hansı yemək növlərini bişirsək, daha yaxşı olar.
O da bildirdi ki, ət yeməkləri gec həzm olunur. Ona görə də, buğda bişirilmiş yeməklərə daha çox üstünlük vermək məsləhətdir:
“Bizdə hər bayramdan sonra insanların üstünə ona görə təcili yardım gəlir ki, həddindən çox yağlı, ağır xörəklərə üstünlük verilir. Sağlamlığını düşüənən hər kəs bu cür qidalardan uzaq durmalıdır”.
Xəbəri paylaş
1 0938 dəfə oxunub.
Digər xəbərlər

16-11-2021, 10:55
“Qarabağ alınsın, səni özüm alacam” deyən şəhidə o qızdan reaksiya
26-07-2017, 11:52
Cəbhədən xəbər var
28-12-2021, 13:13
Ata Abdullayevə hökm oxundu - 7 il
10-10-2015, 17:09
Azərbaycanda problemli kreditlərin artımı davam edir
27-11-2022, 11:51
Düşmən Tərtəri atəşə tutdu
3-05-2015, 18:50
Bolqar və azərbaycanlı gənclərin mübahisəsi-4 həmyerlimiz öldü
23-08-2017, 14:48
Temperatur 41 dərəcəyə qalxacaq - XƏBƏRDARLIQ
15-02-2023, 11:44
Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri sabah ölkəyə gətiriləcək
7-03-2021, 19:19
Sərnişinləri narahat edən qadın oturacağa bağlanıldı - VİDEO