Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda problemli kreditlərin artımı davam edir
Tarix: 10-10-2015 | Saat: 17:09
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda problemli kreditlərin artımı davam edir



Avqustun 1-nə olan göstəricidən 9,6 mln. manat və ya 0,08% çoxdur.

Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin həcmi bu ilin avqust ayında 38,8 mln. manat və ya 3% artaraq sentyabrın 1-nə 1 333,6 mln. manat təşkil edib. Bu, cari ilin əvvəlinə nisbətən 357,3 mln. manat və ya 36,6%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 394,8 mln. manat və ya 42% çoxdur.

Xeberaz.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə keçən ilin sentyabrın 1-də 5,4%, bu ilin əvvəlində 5,3%, avqustun 1-də 6,4%, sentyabrın 1-də 6,6% olub.

Milli valyutada vaxtı keşmiş kreditlər 906,7 mln. manat təşkil edib. Bu, avqustun 1-nə olan analoji göstəricidən 19,5 mln. manat və ya 2,2% artıqdır. Yanvarın 1-nə olan göstərici ilə müqayisədə 139,1 mln. manat və ya 18,1%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 157,7 mln. manat və ya 21% artım olub.

Manatla vaxtı keçmiş kreditlərin ümumi manatla kreditlərində payı 7,9% təşkil edib. Avqustun 1-də bu göstərici 7,8%, yanvarın 1-də 5,7%, keçən ilin analoji dövründə isə 5,9% olub.

Xarici valyutada vaxtı keçmiş kreditlər sentyabrın 1-nə 427 mln. manat təşkil edib. Bu rəqəm avqustun 1-nə olan eyniadlı göstəricidən 19,4 mln. manat və ya 4,8% çoxdur. Yanvarın 1-i ilə müqayisədə 218,2 mln. manat və ya 104,5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 237,2 mln. manat və ya 125% artım olub.

Vaxtı keçmiş xarici valyutada kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi sentyabrın 1-nə 4,9%, avqustun 1-nə 4,6%, yanvarın 1-nə və keçən ilin analoji dövründə isə 4,1% təşkil edib.

Qeyd edək ki, kredit təşkilatlarının manatla iqtisadiyyata kredit qoyuluşları sentyabrın 1-nə 11 428,9 mln. manat təşkil edib. Bu, avqustun 1-nə olan göstəricidən 9,6 mln. manat və ya 0,08% çoxdur. İlin əvvəli ilə müqayisədə isə 2 076,8 mln. manat və ya 15,3%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 1 261,8 mln. manat və ya 9,9% azalma qeydə alınıb.

Xarici valyutada kredit təşkilatlarının iqtisadiyyata kredit qoyuluşları isə sentyabrın 1-nə 8 667 mln. manat olub. Bu, avqustun 1-nə nisbətən 101,2 mln. manat və ya 1,15% azdır. İlin əvvəli ilə müqayisədə isə xarici valyutada kredit qoyuluşu 3 630 mln. manat və ya 72%, 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4 048,8 mln. manat və ya 76,7% artıb.


Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
15-06-2016, 21:36 Sabunçuda yanğın

bütün xəbərlər
____ Instagram ___