Azərbaycan yaxın illərdə də ikili vətəndaşlığa icazə verməyəcək - SƏBƏBLƏR
Tarix: 24-08-2017 | Saat: 10:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dünyanın bir neçə ölkəsi var ki, orada iki vətəndaşlığa icazə verilir. Azərbaycanda isə hazırda ikili vətəndaşlığın olması qanunla qadağandır.
Bəs Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilərmi?
Nə üçün buna icazə verilmir?
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə açıqlama verib.
Deputat bildirib ki, hazırda Azərbaycanda insanlara ikili vətəndaşlıq statusunun verilməsi məqsədə uyğun deyil.
“Çünki Azərbaycana qarşı müəyyən dövlətlər var ki, qərəzli münasibət bəsləyirlər. Bunun çox böyük səbəbləri var. Dövlətimizin, əhalimizin milli maraqları və təhlükəsizliyi naminə hələ ki, Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı qanun layihəsi hazırlanması məqsədə uyğun deyil”.
Ç.Qənizadə hesab edir ki, Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı məsələ 5-10 il ərzində perspektivli görünmür.
“Beynəlxalq hüquqa uyğun olaraq Dağlıq Qarabağ problemi həll edildikdən, qonşularla münasibətimiz normal vəziyyətdə olduqdan sonra bu məsələyə baxmaq olar. Bəzi dövlətlər üzdə bizə dost desələr də Azərbaycanın uğurlarına sevinmirlər. Bu baxımdan dövlətimizin təhlükəsizliyi naminə müəyyən addımların atılmasını ləngidirik. Bunlardan biri də Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı məsələdir”.
(modern.az)
Xəbəri paylaş
5648 dəfə oxunub.
Digər xəbərlər

16-11-2016, 19:47
"Zorlanmışam" deyən direktor müavini işdən çıxarıldı - BAKIDA
11-11-2015, 14:05
Azərbaycanda güclü yağış gözlənilir
17-05-2019, 11:40
Bakıda səfirlik binasında LGBT bayrağı asıldı-Foto
7-11-2017, 13:39
11 noyabra hazırlaşın: MÖCÜZƏ BAŞ VERƏCƏK
27-05-2017, 13:44
Lənkəranda bu dərs maraqla qarşılandı - Video
8-01-2018, 11:21
"Sponsorlar ancaq xanımları dəstəkləyirlər"
27-01-2017, 11:18
Telefonunuzda bu proqram varsa, dərhal silin, yoxsa ... - FOTO
23-11-2016, 16:47
Dar cins şalvarları qarderobunuzdan çıxarın - ZƏRƏRLƏRİ
25-03-2015, 15:52
Gəncədə Zəlzələ olub!!!