“Qarabağ”ın oyunu üçün kassalar önündə növbə - Fotolar
Tarix: 12-08-2017 | Saat: 13:16
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər
Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanaraq tarix yazan “Qarabağ” qrup mərhələsində adlamaq üçün Danimarka “Kopenhagen” ilə üz-üzə gələcək.Azərbaycan futbolu üçün ən önəmli oyunlardan birinə maraq olduqca böyükdür.
Artıq bugündən matça biletlər satışa çıxıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. İlk gün olmasına baxmayaraq qarşılaşmaya maraq həddən çoxdur. Bunu nəzərə alıb stadionun kassalarının önünə yollandıq. Gördüyümüz mənzərə doğrudan da təəccüblü idi. Kassaların qarşısında uzun bir növbə yaranıb. Yüzlərlə azarkeş bilet almaq üçün havanın isti olmasına baxmayaraq növbə gözləyir.
“Qarabağ” qara bazarın qarşısını almaq üçün də addım atıb. Belə ki, hər şəxsə yalnız 3 bilet satılır. Elə fanatlardan biri bundan narazı qalmışdı: “3 bilet aldım. Getdim evə və yenidən 3 bilet lazım oldu. Bura qayıtsam da, satıcılar ikinci dəfə mənə bilet satımadılar. Səbəb kimi isə bir şəxsə yalnız 3 biletin satıldığını bildirdilər”.
Kassalardakı satıcılar isə bu addımın yalnız qara bazardan xilas olmaq üçün atıldığını bildirdi.
Xəbəri paylaş
6058 dəfə oxunub.
Digər xəbərlər

19-07-2016, 11:28
Azərbaycanlı müğənni mükafatlandırıldı (FOTO)
14-10-2018, 13:32
Badamdarda vəziyyət nə yerdədir? - Qərargahın məlumatı
3-05-2016, 14:40
Elmar Məmmədyarov Çexiyaya getdi - Səbəb
23-04-2023, 10:53
QARA ZİRƏ yağının möcüzələri. Ölümdən başqa hər dərdə dərmandır!
2-02-2023, 11:53
İran casusları məlumatları Bakıdakı gizli radiostansiya vasitəsilə ötürürmüş - VİDEO - FOTO
23-02-2021, 15:59
Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi
24-06-2015, 16:19
Şadlıq evlərinə kiflənmiş kolbasa satılıb Sumqayıtda
23-09-2023, 18:50
"Gözəl qadına baxmaq kişilərin ömrünü UZADIR" - Psixoloq
10-06-2016, 19:30
Deputatlarımız NATO-nun tədbirinə gedir
7-03-2017, 20:36
“İlk dəfədir ki, məni təbrik etmir...” - Aprel şəhidinin xanımı