Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ”ın oyunu üçün kassalar önündə növbə - Fotolar
Tarix: 12-08-2017 | Saat: 13:16
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər

“Qarabağ”ın oyunu üçün kassalar önündə növbə
Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanaraq tarix yazan “Qarabağ” qrup mərhələsində adlamaq üçün Danimarka “Kopenhagen” ilə üz-üzə gələcək.Azərbaycan futbolu üçün ən önəmli oyunlardan birinə maraq olduqca böyükdür. 
Artıq bugündən matça biletlər satışa çıxıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. İlk gün olmasına baxmayaraq qarşılaşmaya maraq həddən çoxdur. Bunu nəzərə alıb stadionun kassalarının önünə yollandıq. Gördüyümüz mənzərə doğrudan da təəccüblü idi. Kassaların qarşısında uzun bir növbə yaranıb. Yüzlərlə azarkeş bilet almaq üçün havanın isti olmasına baxmayaraq növbə gözləyir. 
“Qarabağ” qara bazarın qarşısını almaq üçün də addım atıb. Belə ki, hər şəxsə yalnız 3 bilet satılır. Elə fanatlardan biri bundan narazı qalmışdı: “3 bilet aldım. Getdim evə və yenidən 3 bilet lazım oldu. Bura qayıtsam da, satıcılar ikinci dəfə mənə bilet satımadılar. Səbəb kimi isə bir şəxsə yalnız 3 biletin satıldığını bildirdilər”.
Kassalardakı satıcılar isə bu addımın yalnız qara bazardan xilas olmaq üçün atıldığını bildirdi. 










Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___