Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi
Tarix: 23-02-2021 | Saat: 15:59
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Məşhurların Taleyi | çapa göndər

Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağlığı verib.
"Xeberaz.Az" xəbər verir ki, başsağlığı məktubunda bildirilir:
 “Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir. 
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm”.
 


Xəbəri paylaş

5098 dəfə oxunub.

Digər xəbərlər
14-05-2016, 17:36 Bakıda faciəvi hadisə
11-04-2018, 11:04 Tunar nişanlandı – FOTO

bütün xəbərlər
____ Instagram ___