Səməd Vurğunun ailəsi "Oba"nı məhkəməyə verəcək
Tarix: 10-08-2017 | Saat: 16:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Oba" marketlər şəbəkəsinin yayımladığı reklam çarxı narazılıqlara səbəb olub.
Reklam çarxı Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən götürülmüş misraların dəyişdirilməsi əsasında çəkilib. Bu isə Səməd Vurğunun ailəsində böyük narazılıq yaradıb.
Məsələ ilə bağlı sayta açıqlama verən şairin nəvəsi Nigar Vəkilova belə bir reklamın çox iyrənc və səviyyəsiz olduğunu bildirib: "Mən bu məsələni eşidən kimi Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə xanım Vəkilovaya xəbər verdim. Axı bu cür şeirin misralarının bir hissəsini dəyişdirib belə bir aşağılayıcı reklamda necə çəkib yayımlaya bilərlər ki? Kənardan çox iyrənc görünür. Biz bu səviyyəsiz reklam çarxı ilə bağlı ciddi tədbirlər görəcəyik. İlk tələbimiz o reklamın yayımının dayandırılmasıdır. Məhkəməyə müraciət etməyi də düşünürük, amma hələ müraciət etməmişik".
Xatırladaq ki, "Azərbaycan" şeiri 1933-cü ildə yazılıb. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edilib. Şeirin sözlərinə bəstəkar Ələkbər Tağıyev tərəfindən eyniadlı "Azərbaycan" mahnısı bəstələnib. Qeyd edək ki, sözügedən reklam çarxı "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən" misraları əsasında hazırlanıb və bir neçə radioda yayımlanır.
Xəbəri paylaş
7788 dəfə oxunub.
Digər xəbərlər

11-08-2022, 15:11
"Salman Xan İlhaməni göstərib soruşdu ki, anandır?"
10-05-2016, 12:01
İsrailin əhalisi 10 dəfə artıb
2-01-2021, 00:06
Kim Çen İndən bir ilk: Yeni il təbriki...
8-08-2017, 09:47
Güləş Federasiyasından Rəsul Çunayevlə bağlı açıqlama
17-03-2017, 20:27
Xəstəliyini SƏNƏT ƏSƏRİNƏ çevirdi
30-12-2019, 13:34
Qvardioladan yeni rekord
9-12-2016, 11:36
"Bəzi yollarda buzlaşma qeydə alınıb" - Azəravtoyol
26-08-2017, 18:36
Qara üzümün möcüzəvi faydaları - Xərçəngin qarşısını alır...