Səməd Vurğunun ailəsi "Oba"nı məhkəməyə verəcək
Tarix: 10-08-2017 | Saat: 16:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Oba" marketlər şəbəkəsinin yayımladığı reklam çarxı narazılıqlara səbəb olub.
Reklam çarxı Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən götürülmüş misraların dəyişdirilməsi əsasında çəkilib. Bu isə Səməd Vurğunun ailəsində böyük narazılıq yaradıb.
Məsələ ilə bağlı sayta açıqlama verən şairin nəvəsi Nigar Vəkilova belə bir reklamın çox iyrənc və səviyyəsiz olduğunu bildirib: "Mən bu məsələni eşidən kimi Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə xanım Vəkilovaya xəbər verdim. Axı bu cür şeirin misralarının bir hissəsini dəyişdirib belə bir aşağılayıcı reklamda necə çəkib yayımlaya bilərlər ki? Kənardan çox iyrənc görünür. Biz bu səviyyəsiz reklam çarxı ilə bağlı ciddi tədbirlər görəcəyik. İlk tələbimiz o reklamın yayımının dayandırılmasıdır. Məhkəməyə müraciət etməyi də düşünürük, amma hələ müraciət etməmişik".
Xatırladaq ki, "Azərbaycan" şeiri 1933-cü ildə yazılıb. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edilib. Şeirin sözlərinə bəstəkar Ələkbər Tağıyev tərəfindən eyniadlı "Azərbaycan" mahnısı bəstələnib. Qeyd edək ki, sözügedən reklam çarxı "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən" misraları əsasında hazırlanıb və bir neçə radioda yayımlanır.
Xəbəri paylaş
7778 dəfə oxunub.
Digər xəbərlər

5-04-2022, 09:55
Karantin niyə ləğv edilmir? - İki həftə də gözləyin...
5-09-2017, 11:04
Toydan qayıdan Lerik sakinləri qəzaya düşdülər: 4 yaralı
16-04-2016, 23:48
Məşhur müğənni Məlahət Abbasovaya nələr yazdı?
25-05-2018, 18:35
Xəzərdə tapılan meyitlərlə bağlı təfərrüat - "Qayığa bağlıydılar"
7-12-2021, 22:52
"Fənərbağça" "Qalatasaray"ı darmadağın ETDİ
24-12-2016, 18:22
Bakıda QƏZA: Avtobus dayanacaqda duran qadını vurdu
21-04-2016, 20:29
20 dəqiqədə bitən ömür: 18 yaşlı Lamiyəni ölümə aparan GÖRÜNTÜLƏR - ÖZƏL
23-05-2016, 16:45
Lənkəranda hamilə gəlindən İNANILMAZ CİNAYƏT
27-05-2015, 12:35
Dilqəm Əsgərov və Şahbaz Quliyev dən xəbər var
18-02-2022, 11:09
Azərbaycanda 50 yaşadək bu şəxslərə 20 min manat veriləcək