Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Teymur Məmmədov: "Prezident məni dəstəkləyirdi"
Tarix: 26-06-2015 | Saat: 18:56
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Teymur Məmmədov: "Prezident məni dəstəkləyirdi"

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.

Xeberaz.az APA ya istinad xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Hadı Rəcəbli, olimpiya çempionu Fərid Mansurov və “Neftçi” İdman Klubunun rəhbəri Sadıq Sadıqovun qatıldığı görüşdə yarışın XIV günündə, yəni dünən medal qazanan idmançılar iştirak ediblər.

Qızıl medal qazanan boksçu Teymur Məmmədov bu yarışa çox güclü hazırlaşdığını bildirib: "Məqsədim qızıl medal qazanmaq idi. Mən bu medala layiq idim. Rəqibdən asılı olmayaraq, ən çətin birinci döyüş olur. Psixoloji cəhətdən. Ancaq döyüşdən-döyüşə açılırdım. Finalda artıq formada idim. Çətin olmadı mənə. Rəqibim güclü boksçu idi".

Azərbaycan Boks Federasiyasının rəhbərliyinə təşəkkür edən Teymur Məmmədov bildirib ki, o, komandaya qızıl medal qazandıran tək idmançı olmayacaq. Prezident İlham Əliyevin onu təbrik etdiyini deyən çempionumuz ona edilən ümidləri doğrultduğu üçün xoşbəxtdir: "Prezident məni təbrik etdi. London Olimpiadasında cənab prezident məni dəstəkləyirdi. Çox şadam ki, ona bu hissləri yaşada bildim".

MOK rəsmiləri tərəfindən qızıl medalçı Teymur Məmmədov, gümüş medalçılar Orxan Səfərov, Sevil Bünyatova, həmçinin bürünc mükafatçılar Sevinc Bünyatova və Tayfur Əliyev mükafatlandırılıb.


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___