Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
310 saylı Tam Orta Məktəb uğurlarını artırır
Tarix: 05-10-2016 | Saat: 02:43
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

310 saylı Tam Orta Məktəb  uğurlarını artırır


Hər il 5 oktyabr 100-dən çox ölkədə Beynəlxalq Müəllim günü qeyd edilir.Bu bütün müəllimlərin,təhsil sistemi işçilərinin peşə bayramıdır.

Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir.

Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul eimişdir.

Ulu öndərin siyasi kursunun uğurlu davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşmışdır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu ilbəil artır, güzəranı getdikcə yaxşılaşır. Hələ 2004-cü ildə cənab Prezidentimiz “2005-2008-ci illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi ilə bağlı xüsusi sərəncam imzalamışdır. Bu gün Təhsil Nazirliyi müəllimlərin seçilməsi və işə təmin edilməsi sahəsində dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi istiqamətirndə bir sıra əhəmiyyətli addımlar atır.
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Xalq arasında deyilir ki , müəllim dəyişəndə cəmiyyət də dəyişir. Söz yox ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib.

"Xəbəraz.az "-ın əməkdaşları 5 oktiyabr müəllimlər günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan bir neçə ümumtəhsil məktəblərində çalışan müəlimlərin fəaliyyəti ilə yaxından tanış olaraq, keçiriləcək tədbirlərdə iştirak edib.
Bakı şəhəri Sabunçu rayonu 310 saylı Tam Orta məktəbində olduq. Məktəbin direktoru Rəsmiyə Quliyeva bizi rəhbərə məxsus tərzdə qəbul etdi. Bildirdi ki, rəhbərlik etdiyi məktəbdə 110 müəllim şagirlərin təlim-tərbiyyəsi ilə məşğul olur. hər il məktəbdə 8-9 pedoqoji şüralar keçrilir. Müəllimlərlə təhsil sahəsində aparılan islahatlardan danışılır.Qarşıda duran peşə fəzifələri müəyyənləşdirilərək tədris ili dövründə həyata keçrilir. Müəllimlərin şagirlərlə davranışına xüsusi fikir verilir. Müəllim valideyn münasibətlərinin qurulması üçün səmərəli üsullardan istifadə edilir. Məktəbimizdə səriştəli pedoqoji fəaliyyəti ilə seçilən müəllimlərlə sizləri tanış etməyi özümüə borc bilirəm. Rzayeva Sədaqət,Cəbrayilova İradə, Səfərov cabir, Qasımova Alina, tərəqqi medallı Nəcəfova Yeganə, Sadıqova Lətafət, Xəlilova Gültən və bu sıranı artırmaq da olar. adları çəkilən müəllimlərimiz həm pedoqoji fəaliyyəti ilə, yüksək mənəvi dəyərlərə malik olmaqları ilə, Həm də tədris ili dövründə müəlim valideyn münasibətlərinin düzgün formada qurulmasında çox böyük rol oynayır və müəllim peşəsinin nüfuzunu qaldırırlar.Müəllimlərimizi peşə bayramı münasibəti ilə səmim qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm.

Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.
Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər. Bayramınız mübarək, əziz müəllimlər!


Xəbəri paylaş

1 4738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___