Bakıda çimərlik havası, rayonlarda dolu düşəcək - PROQNOZ
Tarix: 28-06-2017 | Saat: 13:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Departament xəbərdarlıq edir ki, iyunun 29-30-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

20-09-2017, 13:48
Afaq Aslan aktrisalıq edəcək: “Seksual müəllimə obrazındayam” - FOTOLAR
10-05-2016, 11:44
Tehran İrəvana qaz verməyəcək - Rəsmi
24-09-2015, 20:20
İlham Əliyev Məkkə qurbanlarına görə başsağlığı verdi
17-07-2015, 19:36
"Dağlıq Qarabağ proleminin həll edilməsinə ümid var"
3-01-2022, 16:53
Sabah Heydər Əliyev prospekti ilə hərəkət edəcək sürücülərin NƏZƏRİNƏ: Diqqətli olun!
19-09-2016, 14:28
Naftalandakı oteli əxlaqsızlıq yuvasına çeviriblər
12-12-2015, 18:02
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN VƏFATINDAN 12 İL ÖTÜR
11-06-2018, 14:11
Müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq
2-12-2016, 19:20
Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI
1-04-2015, 18:26
Azərbaycan tam üzən məzənnəyə keçidə hazırlaşır