Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda çimərlik havası, rayonlarda dolu düşəcək - PROQNOZ
Tarix: 28-06-2017 | Saat: 13:27
Bölmə:Karusel / Gündəm | çapa göndər




Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-23° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22° isti, gündüz  32-34° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %,  gündüz  55-65 %  təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz  33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz  19-24° isti olacağı gözlənilir. 
 
Departament xəbərdarlıq edir ki, iyunun 29-30-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.





Xəbəri paylaş

7168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___