Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI
Tarix: 02-12-2016 | Saat: 19:20
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Bitkilər dekorativ bəzək olmaqla yanaşı, sağlamlıq üçün də son dərəcə faydalıdırlar. Bəziləri bədənə sakitləşdirici və təmizləyici təsir edir, hətta yuxu keyfiyyətini artıra bilən bitkilər də var. Daha yaxşı bir yuxu üçün yataq otağınızda bitki saxlamağın faydalı olduğunu bildirdinizmi? Sizi rahat yuxu vəd edən 5 bitki ilə tanış edirik.
Areka palması
Bu bitki havanı təmizləyir, toksinləri və karbondioksidi yox edir. Bol miqdarda nəmi havaya buraxdığından istilik sisteminin havanı qurutduğu qış aylarında xüsusilə əlverişlidir.
Aloe vera
Aloe vera formaldehid kimi potensial olaraq təhlükəli kimyəvi maddələrin təmizlənməsinə kömək edən ən təsirli bitkidir. Ümumiyyətlə, digər bitkilərin əksinə olaraq, gecə oksigen yayır. Eyni zamanda, immunitetə müsbət istiqamətdə təsir edən uçucu maddələri də sərbəst buraxır.
Benjamin
Benjamin bir nömrəli hava təmizləyən bitkidir. Havadakı benzol, ammonyak, toluol və digər zərərli xarici maddələrin 70%-dən çoxunu aradan qaldırır. Eyni zamanda mövcud mikrobların yarısını yox edir. Həm yuxu keyfiyyətini artırır, həm də yataq otağında həqiqətən yaxşı görünür.
Paşa qılıncı
Bu bitki tənəffüs və immunitet sistemi üçün əlverişlidir. Baş ağrısı və yüksək təzyiqin azalmasına kömək olur. Aloe vera kimi oksigen istehsal edir və gecələr havadan karbon çıxarır. Yuxunuz yataq otağınızdakı bu bitki sayəsində daha rahat olacaq.
Sevgi pillələri
Bu bitki uçucu yağlar, flavonoidlər və digər maddələrlə zəngindir. Ona görə də sinir sistemi üçün mükəmməl bir tənzimləyicidir, stresslə mübarizə aparmağınıza kömək olacaq.lent.az
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

14-01-2022, 12:11
Omikron ştamından özümüzü necə qoruyaq? - RƏSMİ AÇIQLAMA
23-02-2017, 12:41
Kıvanç, Beren və Çağatayın fanatları birləşdi
26-04-2016, 12:51
Zakir Həsənov Tərtərə gedib
26-04-2016, 15:11
“Kilsənin qabağında diz çökmüşdüm...” - Fotolar
28-01-2017, 16:59
Lukaşenko bu ölkəyə pulsuz qırıcı verir
17-08-2021, 18:59
Təsərrufat şöbəsinin müdirinin baş həkimin otağında "hoqqa"sı... - VİDEO
3-03-2016, 14:12
Mərkəzi Bankın hüquqi statusu dəyişdirilir
18-02-2016, 14:06
Fəzail Ağamalı Türkiyə səfirinə başsağlığı verdi
24-01-2023, 15:25
Dəyişkən buludlu olacağı, arabir tutulacaq - HAVA PROQNOZU
30-10-2018, 10:36
Bu nömrədən gələn zəngləri açmaq təhlükəlidir