Deputat: "Bəziləri iftarı qonaqlıq kimi başa düşür"
Tarix: 20-06-2017 | Saat: 21:18
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Artıq Ramazan ayının 25-ci günü geridə qalmaq üzrədir. Bu müddətdə oruc tutan, tutmayan bir çox tanınmışların, vəzifə sahiblərinin, yüksək ranqlı məmurların iftar süfrəsi arxasında cəmləşdiyinin şahidi olduq. Hətta dini baxımdan doğru sayılmasa da, iftar süfrəsi açdığını xəbərə çevirənləri də görürük... Bu fonda oruc tutmayıb iftar süfrəsində yuxarı başda əyləşənlər bir qırağa dursun, çağırılanların ancaq qalstuklu vəzifə sahiblərindən ibarət olması ikrah doğurur...
İnanclı deputatlarımızdan olan Fazil Mustafa da bu qənaətdədir ki, iftar süfrəsi əslində yoxsullara açılmalıdır.
O, bildirib ki, iftar süfrələri qonaqlıq xarakteri daşımamalıdır:
"Təəssüf ki, bizdə iftar süfrəsi deyəndə qonaqlıq, yeyib-içmək yada düşür. Rəsmilərin iftar süfrəsində olmasına gəlincə, müəyyən rituallar yerinə yetirilərkən dövlətin dinə münasibətini ifadə etmək üçün müxtəlif təbəqələrin, dinlərin təmsilçilərinin iştirakı qəbul olunandır. Amma bütövlükdə iftar süfrəsi açılanda orada yemək yeyənlərin daha çox yoxsullar olmasına diqqət yetirmək lazımdır".
F.Mustafa Azərbaycanda iftar süfrələrinin verilməsinin lehinə olmadığını qeyd edib:
"Mən daha çox ehtiyaclı təbəqəyə yardım edilməsinin tərəfdarıyam. İftar süfrəsinin əsas mahiyyəti həmrəylikdir. Həmrəylik yalnız qarın doydurmaq anlamına gəlmir. İftar eyni duyğuları paylaşan insanların həmin vaxtı bir yerdə keçirməsidir. Bu olmadıqda faydalı nəticə olmur. Amma hər bir şəxs ürəyinə görə belə addım atırsa, bunu da normal qarşılamaq lazımdır. Hər halda çalışmalıyıq ki, iftar bir səmimiyyət tədbirinə çevrilsin. Göstəriş, kiməsə nəyisə nümayiş etdirmək tədbiri olmasın".
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

22-08-2017, 20:20
Bu da Aygünün yataqda görüntüləndiyi oğlan – FOTO
12-05-2016, 20:12
Allahşükür Paşazadə Abdulatipovla görüşdü - Foto
5-07-2015, 15:29
İŞİD körpə uşaqlara baş kəsdirir (VİDEO, FOTO)
26-02-2017, 13:55
Qurban Qurbanov: “Müdafiə Nazirliyi razılıq versə…”
4-11-2015, 17:13
Ağsuda oğlan bacısını uşaqlarının gözü qarşısında bıçaqladı
28-05-2017, 19:37
Lənkəranda ağır qəza: 7 yaralı
12-07-2022, 10:50
Sabirabadda özünü yandıran qazi vəfat etdi
11-08-2015, 01:06
Leyla Əliyeva övladlığa götürdüyü qızla birgə- Foto
14-01-2017, 14:22
LİDER TV-DƏ TÜRKAN HEYDƏROVA KÜLƏYİ ƏSƏCƏK – FOTOLAR