Fransanın yeni baş naziri məlum oldu
Tarix: 15-05-2017 | Saat: 17:15
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Fransa prezidenti Emmanгel Makron ölkənin yeni baş nazirinin adını açıqlayıb.
Mayın 14-dən vəzifəsinin icrasına başlamış E. Makron baş nazir vəzifəsinə Eduard Filipi təyin edib. Prezidentin bu qərarını Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb.
Respublikaçılar Partiyasının üzvü olmuş Eduard Filip, eyni zamanda Fransa parlamentinin üzvü və Qavr şəhərinin meri vəzifəsində çalışıb. O, Respublikaçılar Partiyası daxilində keçirilmiş ilkin seçkilərdə Alen Jüpenin namizədliyini dəstəkləyib. Fransua Fiyon ilkin seçkidə qalib gəldikdən sonra Eduard Filip onun prezidentliyə namizədliyini dəstəkləməyərək, seçki kampaniyasını tərk edib və iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb. E. Filip E. Makronun yaratdığı “İrəli” hərəkatına simpatiyasını gizlətmirdi.
E. Filip 46 yaşındadır.
Xəbəri paylaş
6518 dəfə oxunub.
Digər xəbərlər

19-05-2017, 14:12
Abbas 3 gün toy edəcək: "Vağzalı və dəbdəbəli kortej istəmirəm"
10-03-2022, 08:02
“ASAN Xidmət”də çalışan qızın qaçırılmasının TƏFƏRRÜATI (YENİLƏNİB)
31-08-2020, 13:39
İlham Əliyev Vahid Ələkbərova məktub göndərdi
12-06-2017, 13:25
15 ixtisasda magistratura üzrə təhsil müddəti azaldıldı
4-11-2016, 14:56
İraqda altı rayon azad edildi
4-04-2016, 16:13
Könüllülər döyüş bölgəsinə axın edir - Blokada postları yaradıldı
1-11-2017, 10:04
Ağdaşda kütləvi dava: aralarında qadınlar da olub
7-12-2018, 11:12
İki uşaq anası 27 yaşlı qadın özünü asdı - Salyanda
22-12-2021, 15:45
Çörək yeyənlər qoyuna çevriləcək– Professor Canan Karatay