Şamaxılının "gəlin"i ilə şəkil çəkdirmək üçün növbəyə durdular - VİDEO
Tarix: 20-02-2017 | Saat: 18:07
Bölmə:Karusel / Hadisə / Maraqlı / Xəbəraz TV | çapa göndər
Qar yağanda ilk iş qartopu oynamaq, ya da qar adamı, yəni Şaxta baba düzəltməkdir. Ancaq bu dəfə "baba" yox, gəlin hazırladılar. İncəsənətə marağı olan 23 yaşlı Şamaxı sakini qardan hazırladığı gəlinlə diqqət mərkəzindədir.
ARB Şəki xəbər verir ki, bütün incəliklərin əks olunduğu heykəltəraşlıq nümunəsini xatırladan bir əsər "qar gəlin"dir.
Yağan qarı fürsət bilən Samir Xanməmmədov öz bacarığını bu şəkildə nümayiş etdirib. Bir neçə saat içərisində qardan gəlin hazırlayıb. Gənc qar gəlinin geyimini, saç düzümünü və sifət quruluşunu detalları ilə işləməyə çalışıb. Adət-ənənələrə uyğun olaraq belinə qırmızı lent bağlayıb, əlinə gül də verib.
Nəticədə ortaya bu cür maraqlı əl işi çıxıb. Qardan gəlinin hündürlüyü isə 1 metr 65 santimetrdir. Qaşı, gözü, geyimi ilə adi gəlinlərdən heç də geri qalmayan qar gəlin böyükdən-balacaya hər kəsin diqqətini cəlb edib. Hətta qardan gəlinlə şəkil çəkdirmək istəyənlər növbəyə düzülüblər. Havaların isinməsi ilə qardan gəlinin əriməməsi üçün axşam saatlarında üzərinə soyuq su tökülür. Samir deyir ki, bu şəkildə gəlini mümkün qədər qorumağa çalışacaq. Təbii ki, bir yerə qədər. Havalar isinər-isinməz qardan gəlinin də qəmi artacaq, əriyib suya dönəcək.
Xəbəri paylaş
6948 dəfə oxunub.
Digər xəbərlər

14-06-2017, 11:55
Libası Zümrüdə çətin anlar yaşatdı – Fotolar
30-07-2023, 13:26
İbn Sinanın ağır xəstəlikləri müalicə edən MÖCÜZƏVİ RESEPTİ
6-06-2017, 12:09
Bütün dünyanı ağladan suriyalı uşağın indiki halı — FOTOLAR
6-12-2021, 10:41
Ucarda 11 yaşlı oğlanın qardaşını öldürməsinin TƏFƏRRÜATI - VİDEO
13-01-2019, 18:24
Bakıda ağır yol qəzası baş verib, ölənlər var
28-01-2017, 21:40
Saxta yağlar ölkəni bürüyüb: Kərə yağını necə tanımalı? - VİDEO
13-11-2017, 13:53
Şərq ulduz falına görə 2018 bu illərdə doğulanlar ÜÇÜN UĞURLU olacaq
4-01-2017, 16:43
Rusiyalı alimdən inanılmaz kəşf
17-03-2019, 11:58
Qobustan qapalı tipli həbsxanasında 2 nəfər azadlığa buraxıldı - FOTO
3-10-2017, 15:41
Bakıda qız oğlanı küçədə döydü - VİDEO