Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şamaxılının "gəlin"i ilə şəkil çəkdirmək üçün növbəyə durdular - VİDEO
Tarix: 20-02-2017 | Saat: 18:07
Bölmə:Karusel / Hadisə / Maraqlı / Xəbəraz TV | çapa göndər

Şamaxılının "gəlin"i ilə şəkil çəkdirmək üçün növbəyə durdular - VİDEO



Qar yağanda ilk iş qartopu oynamaq, ya da qar adamı, yəni Şaxta baba düzəltməkdir. Ancaq bu dəfə "baba" yox, gəlin hazırladılar. İncəsənətə marağı olan 23 yaşlı Şamaxı sakini qardan hazırladığı gəlinlə diqqət mərkəzindədir.

ARB Şəki xəbər verir ki, bütün incəliklərin əks olunduğu heykəltəraşlıq nümunəsini xatırladan bir əsər "qar gəlin"dir.

Yağan qarı fürsət bilən Samir Xanməmmədov öz bacarığını bu şəkildə nümayiş etdirib. Bir neçə saat içərisində qardan gəlin hazırlayıb. Gənc qar gəlinin geyimini, saç düzümünü və sifət quruluşunu detalları ilə işləməyə çalışıb. Adət-ənənələrə uyğun olaraq belinə qırmızı lent bağlayıb, əlinə gül də verib.

Nəticədə ortaya bu cür maraqlı əl işi çıxıb. Qardan gəlinin hündürlüyü isə 1 metr 65 santimetrdir. Qaşı, gözü, geyimi ilə adi gəlinlərdən heç də geri qalmayan qar gəlin böyükdən-balacaya hər kəsin diqqətini cəlb edib. Hətta qardan gəlinlə şəkil çəkdirmək istəyənlər növbəyə düzülüblər. Havaların isinməsi ilə qardan gəlinin əriməməsi üçün axşam saatlarında üzərinə soyuq su tökülür. Samir deyir ki, bu şəkildə gəlini mümkün qədər qorumağa çalışacaq. Təbii ki, bir yerə qədər. Havalar isinər-isinməz qardan gəlinin də qəmi artacaq, əriyib suya dönəcək.



Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___