Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyalı alimdən inanılmaz kəşf
Tarix: 04-01-2017 | Saat: 16:43
Bölmə:Karusel / Maraqlı / Bizim seçim | çapa göndər

Rusiyalı alimdən inanılmaz kəşf


2009-cu ildə Rusiyanın Saxa respublikasında yerləşən Mamut dağı ətəklərində, buzlaq altında tapılan 3.5 milyon illik bakteriyanın inanılmaz xüsusiyyətləri aşkar edilib.
"Xəbəraz.az " xəbər verir ki, Moskva Dövlət Universitetinin alimi Anatoli Brouçkov 3 il davam edən araşdırmalardan sonra “Bakillus F” adlı bu bakteriyanın hüceyrələri cavanlaşdırdığını və immun sistemini gücləndirdiyini kəşf edib.

Alim 2012-ci ildə aparılan labaratoriya testlərini əvvəlcə siçanlar, sonra isə öz üzərində sınaqdan keçirib.

“Siberian Tayms” qəzetinə açıqlama verən Brouçkov son iki ildə qrip virusuna belə yaxalanmadığını deyib:

“Daha çox çalışmaya başladım. Son iki ildir heç qripə belə yoluxmamışam. Siçanlar üzərində aparılan araşdırmalardan sonra öz özərimdə test keçirməyə qərar verdim.

Yakut türklərinin uzun ömürlü olmasının sirri bölgədəki sularda olan bu bakteriyadır.

Bakteriyanın insan orqanizmində necə pozitiv xüsusiyyət yaratdığını dəqiq öyrənə bilməmişik. “Aspirin”in də necə təsir etdiyini bilmirik, ancaq edir. Eyni şey burada da keçərlidir. Mexanizmi bilmirik, amma nəticə göz qabağındadır. Ölməyən bakteriyaların olduğunu və bu bakteriyaların özlərini ətraf aləmdən qoruya bildiyini düşünürəm”.

Qeyd edək ki, Sibirin donmuş torpaqlarında sözügedən bakteriyadan başqa qeyri-adi bakteriyalar da yaşayır. Bu bakteriyalardan biri neft molekullarını yox edir. “Siberian Tayms”ın xəbərinə görə, bu bakteriyalardan neft tullantılarını təmziləməkdə istifadə oluna bilər.axar.az


Xəbəri paylaş

7118 dəfə oxunub.

Digər xəbərlər
13-12-2017, 17:48 2017-də kimləri itirdik?

bütün xəbərlər
____ Instagram ___