SOCAR-ın magistral kəmərində qəza baş verib - Gürcüstan qazsız qalıb
Tarix: 16-12-2016 | Saat: 13:22
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
Bu gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçə magistral qaz kəmərində baş verən qəza nəticəsində Batumi şəhərinin və Xelvaçaur bələdiyyəsinin ərazisinin qaz təchizatı dayandırılıb.
"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 50 mindən çox abonentin qazla təchizatı tamamilə məhdudlaşıb. Bununla yanaşı, orta məktəblər, uşaq bağçalarının istiliklə təchizatında problemlər yaranıb. Bu səbəbdən tədris prosesi dayandırılıb. Batumidə yerləşən 27 orta məktəbdən yalnız 3-də tədris prosesi öz axarı ilə davam edir.
"SOCAR Georgia Gas" şirkətinin Acarıstan filialından bildirilib ki, qəza yerinə texniki briqadalar cəlb olunub: "Yaxın vaxt ərzində mərhələli şəkildə əhalinin təbii qazla təchizatına başlanılacaq. Əhalinin bir hissəsinə təbii qaz bu günün sonunadək verilsə də, təchizatın tam bərpası yalnız şənbə gününün birinci yarısında mümkün olacaq".
"SOCAR Georgia Gas" SOCAR-ın törəmə müəssisəsidir və Gürcüstana təbii qazın distribusiyasını həyata keçirir.
Xəbəri paylaş
5728 dəfə oxunub.
Digər xəbərlər

22-10-2022, 10:26
Laçında minaya düşənlərdən biri öldü
11-07-2015, 22:49
Neymarın bacısı öz sevgisini belə göstərdi
13-10-2020, 20:10
İsrailin keçmiş Prezidenti İlham Əliyevə məktub göndərdi
25-07-2022, 11:38
Bütün MÜQƏDDƏS kitablarda adı çəkilən möcüzəli meyvə. Faydaları
25-12-2021, 11:34
Dövriyyəyə saxta pul buraxan kişi və qeyri-rəsmi münasibətdə olduğu xanım saxlanıldı - FOTO/VİDEO
8-11-2016, 19:19
Aqil Acalov: "Bayraq gününü eyvanlarmıza bayraq asmaqla qeyd edək"
18-08-2017, 22:56
Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ
5-03-2020, 13:56
İş adamı İlham Rəhimovun “Bentley”si Bakıda “protiv” gedir - VİDEO
7-04-2015, 16:16
Erməni kəşfiyyatçısı Gəncə məhkəməsində - FOTO
17-06-2015, 16:34
İlham Əliyevdən Ərdoğana başsağlığı