SOCAR-ın magistral kəmərində qəza baş verib - Gürcüstan qazsız qalıb
Tarix: 16-12-2016 | Saat: 13:22
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
Bu gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçə magistral qaz kəmərində baş verən qəza nəticəsində Batumi şəhərinin və Xelvaçaur bələdiyyəsinin ərazisinin qaz təchizatı dayandırılıb.
"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 50 mindən çox abonentin qazla təchizatı tamamilə məhdudlaşıb. Bununla yanaşı, orta məktəblər, uşaq bağçalarının istiliklə təchizatında problemlər yaranıb. Bu səbəbdən tədris prosesi dayandırılıb. Batumidə yerləşən 27 orta məktəbdən yalnız 3-də tədris prosesi öz axarı ilə davam edir.
"SOCAR Georgia Gas" şirkətinin Acarıstan filialından bildirilib ki, qəza yerinə texniki briqadalar cəlb olunub: "Yaxın vaxt ərzində mərhələli şəkildə əhalinin təbii qazla təchizatına başlanılacaq. Əhalinin bir hissəsinə təbii qaz bu günün sonunadək verilsə də, təchizatın tam bərpası yalnız şənbə gününün birinci yarısında mümkün olacaq".
"SOCAR Georgia Gas" SOCAR-ın törəmə müəssisəsidir və Gürcüstana təbii qazın distribusiyasını həyata keçirir.
Xəbəri paylaş
5718 dəfə oxunub.
Digər xəbərlər

8-07-2019, 16:11
184 saylı bağça müdirinin polislə “qaçdı-tutdu“ oyunu - VİDEO
16-07-2022, 11:35
Həbs olunan icra başçısının oğlu narazılıq yaradır... - Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov atasının yolunu gedir...
11-09-2021, 11:36
"Salam Taksi" insanları aldadıb, "CİBİNƏ GİRİR" - MÜRACİƏT
10-08-2018, 11:13
Sumqayıtda mənzildə partlayış: Ana ilə oğlu xəsarət aldı
17-05-2019, 23:33
TURAL HÜSEYNOV: SUSQUNLUĞUNA SON QOYDU
10-04-2023, 13:15
Baş ağrısından bağırsaqlara qədər müsbət təsir edən ÜZƏRLİK TOXUMU - Xalq təbabəti
24-06-2015, 12:19
İtkin düşən hərbçilərimizlə bağlı son xəbər
13-04-2017, 13:54
Messi ilə Neymar Luis Enrikedən küsüblər?
3-05-2022, 11:49
Rusiya "9 may"da əməliyyatı dayandıracaq? - Lavrovdan cavab