Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov: "Bayraq gününü eyvanlarmıza bayraq asmaqla qeyd edək"
Tarix: 08-11-2016 | Saat: 19:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Aqil Acalov: "Bayraq gününü eyvanlarmıza bayraq asmaqla qeyd edək"

"Azərbaycanın Milli Bayrağının əsrlər boyu müstəqil Azərbaycanın ərazisində dalğalanacağına əminəm". Bu sözləri Dövlət Bayraq Günü ilə bağlı "Xəbəraz.az "-a açıqlamasında Alpaqut Federasiyasının prezidenti Aqil Acalov bildirib. O, dövlətin atributlarına hər bir kəsin sevgi ilə yanaşmasının, onları uca tutmasının zəruriliyini önə çəkib: "Bayraq dövlətçiliyimizin, milli varlığımızın, istiqlalımızın, müstəqilliyimizin müqəddəs rəmzlərindən biridir. Bayraq Vətən yolunda şəhid olan qəhrəmanlarımızın cənazələrini saran üçrəngli qürurumuzdur. Bayraq bir əsrdə iki dəfə Azərbaycanın müstəqilliyini dünyaya göstərən fəxrimizdir. Bayrağa sevgini hələ uşaq yaşlarından övladlarımıza aşılamalıyıq. Bayrağın adi bez parçası olmadığını, onu qürurla dalğalanadırmağımız naminə üzərinə neçə-neçə oğullarımızın qanının hopduğunu anlatmalıyıq".
Federasiya prezidenti milli atributumuza olan sevginin, dəyərin nişanəsi kimi Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli bayrağımıza da diqqəti çəkib: "Dövlət Bayrağı Meydanının açılışı, həqiqətən, tarixi və unudulmaz bir hadisə idi. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bundan gözəl, bundan qürurverici nə ola bilər ki? Bayrağın hündürlüyü 162 metrdir və bu bayraq şəhərimizin hər bir yerindən görünür".
Aqil Acalov Dövlət Bayraq Günü ilə bağlı maraqlı təkliflə də çıxış edib: "Bayrağımız qürur mənbəyimizdir, canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Əminəm ki, bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. Amma gəlin bu gün o bayrağı hər birimiz eyvanlarımızdan asmaqla bu gözəl günə yaraşan bir şəkildə bu bayramı qeyd edək. Hər bir vətəndaşımızı bu təşəbbüsə ortaq olmağa, eyvanlarımızdan, maşınlarımızdan bayraq asmaqla şəhərimizi üçrəngin möhtəşəm gözəlliyinə qərq etməyə çağırıram".


Xəbəri paylaş

9698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___