Sarkisyanın administrasiyası Putinin iki rayon təklifi haqda: "Birinci dəfədir eşidirik..."
Tarix: 08-12-2016 | Saat: 17:16
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər
Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri iyun ayında Sankt-Peterburqda keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin tərəflərə yeni təklif təqdim etdiyi haqda danışıb.
"Xəbəraz.az " virtualaz.org-a istinadən xatırladır ki, keçmiş amerikalı diplomatın bildirdiyinə görə Putinin təklifinə əsasən, Ermənistan işğal altındakı ətraf rayonlardan ikisini azad etməli, əvəzində nəqliyyat kommunikasiyaları açılmalı idi.
Ermənistanda nəşr edilən "Qraparak" ("Xalq") qəzeti Metyu Brayzanın və daha əvvəl bəzi rusiyalı politoloqların da bəhs etdiyi bu planla bağlı Serj Sarkisyanın adına sorğu göndərib. Sarkisyanın administrasiyası sorğuya, nəhayət, cavab verib. Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyanın adından daxil olmuş yazılı açıqlamada deyilir ki, Metyu Brayzanın müsahiəsində bəhs olunan plan barədə administrasiyada "ilk dəfə eşidirlər".
"Prezident Serj Sarkisyan heç vaxt Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsindən bəhs olunmayan, ancaq münaqişənin nizamlanmasının digər elementlərindən söhbət gedən danışıqlarda iştirak etməyib. Prezident danışıqlar prosesində bu prinsipə bundan sonra da əməl edəcək"-açıqlamada deyilir.
Xatırladaq ki, Putinin iki rayon təklifi haqda Rusiya tərəfi heç bir şərh verməyib. Metyu Brayza bu məlumatı "danışıqlarda iştirak edən diplomatik mənbədən aldığını" demişdi.
Xəbəri paylaş
6088 dəfə oxunub.
Digər xəbərlər

29-12-2016, 11:54
FHN gücləndirilmiş iş rejiminə keçdi
18-02-2016, 20:24
Nazirlər Tiflisdə birgə bəyannamə imzalayacaqlar
9-05-2022, 13:02
Generallar Həzi Aslanovun abidəsi önündə - FOTOLAR
13-07-2019, 11:54
Təyyarəsini satdı, scooterlə gəzir - FOTOLAR
23-02-2016, 11:50
Neftçalada 76 yaşlı qadını maşın vuraraq öldürüb
30-09-2017, 19:23
Dəfnə yarpağının möcüzəli FAYDALARI
29-04-2016, 11:14
İbo illər sonra etiraf etdi: “Onun atasıyam”
17-07-2016, 20:19
Salyanda elektrik xəttinə toxunan traktor yanıb - 1 yaralı
30-11-2017, 11:40
Nüşabə 4 milyonluq evindən danışdı: "Niyə kasıb olmalıyam ki?"
5-02-2017, 10:00
Lazer prosedurlarının fəsadları - Kimlərə qadağan olunmalıdır?