Sarkisyanın administrasiyası Putinin iki rayon təklifi haqda: "Birinci dəfədir eşidirik..."
Tarix: 08-12-2016 | Saat: 17:16
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər
Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri iyun ayında Sankt-Peterburqda keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin tərəflərə yeni təklif təqdim etdiyi haqda danışıb.
"Xəbəraz.az " virtualaz.org-a istinadən xatırladır ki, keçmiş amerikalı diplomatın bildirdiyinə görə Putinin təklifinə əsasən, Ermənistan işğal altındakı ətraf rayonlardan ikisini azad etməli, əvəzində nəqliyyat kommunikasiyaları açılmalı idi.
Ermənistanda nəşr edilən "Qraparak" ("Xalq") qəzeti Metyu Brayzanın və daha əvvəl bəzi rusiyalı politoloqların da bəhs etdiyi bu planla bağlı Serj Sarkisyanın adına sorğu göndərib. Sarkisyanın administrasiyası sorğuya, nəhayət, cavab verib. Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyanın adından daxil olmuş yazılı açıqlamada deyilir ki, Metyu Brayzanın müsahiəsində bəhs olunan plan barədə administrasiyada "ilk dəfə eşidirlər".
"Prezident Serj Sarkisyan heç vaxt Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsindən bəhs olunmayan, ancaq münaqişənin nizamlanmasının digər elementlərindən söhbət gedən danışıqlarda iştirak etməyib. Prezident danışıqlar prosesində bu prinsipə bundan sonra da əməl edəcək"-açıqlamada deyilir.
Xatırladaq ki, Putinin iki rayon təklifi haqda Rusiya tərəfi heç bir şərh verməyib. Metyu Brayza bu məlumatı "danışıqlarda iştirak edən diplomatik mənbədən aldığını" demişdi.
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər

9-08-2023, 14:02
Saçını boyayarkən halı pisləşən qız vəfat etdi
11-08-2017, 12:16
Sumqayıta gedənlərin nəzərinə: cədvəl yenə dəyişir -FOTO
11-10-2016, 00:31
Astroloji proqnoz - 11 oktyabr
14-04-2015, 01:34
Mehriban Əliyevanın “Rossiya-24” telekanalına müsahibəsi - VİDEO
23-10-2020, 21:16
İranlı səfirdən İlham Əliyevə təbrik mesajı
7-06-2016, 19:26
Məhsullarımız Rusiyadan geri qaytarılır
11-03-2016, 17:00
Bakıda məktəblilərin ölüm"oyunu" - VİDEO
25-03-2022, 05:13
Bakı-Astara yolundakı restoran yerlərini kim satıb? - Milyonluq QALMAQAL
23-05-2021, 11:23
“Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur, biz artıq qalibik” - FOTO