Ərdoğandan açıqlama - "Fərat Qalxanı" əməliyyatı...
Tarix: 19-09-2016 | Saat: 20:18
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Amerika Birləşmiş Ştatları (ABŞ) səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan bildirib ki, o, BMT Baş Assambleyasının iclasında “Fərat Qalxanı” əməliyyatının nəticələrini xüsusi ilə qabardacaq.
"Xəbəraz.az " xəbər verir ki, Suriyada “təhlükəsiz bölgə”nin yaradılmasının vacib olduğu deyən dövlət başçısı, Türkiyənin fəal dəstək verdiyi Azad Suriya Ordusunun növbəti hədəfinin Əl-Bab şəhəri olduğunu bəyan edib. Onun sözlərinə görə, hərbi birləşmələrin Cerablusda apardığı əməliyyatlar ciddi nəticələr verib:
“Qaçqınlar evlərinə qayıdıb. Mühacir problemi nisbətən aradan qalxıb”.
Jurnalistin, “Koalisiya qüvvələrinin Suriya ordusunu hədəfə almasından sonra yaranan gərginlik “Fərat Qalxanı” əməliyyatına təsir edərmi?”-sualına Ərdoğan Vaşinqtonu tənqid edərək cavab verib:
”Amerikalı rəsmilərin bu məsələ ilə bağlı verdiyi açıqlamalar doğru deyil. Səfər zamanı amerikalı rəsmilərlə bu məsələ ətraflı müzakirə olunacaq”.
Qeyd edək ki, bu həftə təşkil olunacaq BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün dünya liderləri ABŞ-a toplaşmağa başlayıb.atv.az
Xəbəri paylaş
1 0468 dəfə oxunub.
Digər xəbərlər

15-06-2017, 18:21
Ölənlərin sayı artır - Londonda yanğın faciəsi
9-11-2019, 11:46
Maşın həvəskarları DİQQƏT: Sürücülük vəsiqələrinə dəyişiklik edildi
3-04-2016, 20:05
Qaçqın şair: “Arvad mənimlə yaşamaq istəmir”
24-12-2016, 01:32
TANAP-a 750 milyon dollar kredit ayırıldı
21-03-2015, 12:03
Türkiyədə dəhşətli cinayət: Uşaq məndən deyil dedi və hamilə arvadını öldürdü - VİDEO
31-05-2021, 17:44
Londona 200 kiloqram dollar aparan azərbaycanlı ər-arvad KİMDİR? - VİDEO
22-07-2015, 16:10
“AzPatent” işçi axtarır