Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Ərdoğandan açıqlama - "Fərat Qalxanı" əməliyyatı...

Ərdoğandan açıqlama - "Fərat Qalxanı" əməliyyatı...


19-09-2016, 20:18. Yazar: Xeberaz
Ərdoğandan açıqlama - "Fərat Qalxanı" əməliyyatı...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Amerika Birləşmiş Ştatları (ABŞ) səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan bildirib ki, o, BMT Baş Assambleyasının iclasında “Fərat Qalxanı” əməliyyatının nəticələrini xüsusi ilə qabardacaq.

"Xəbəraz.az " xəbər verir ki, Suriyada “təhlükəsiz bölgə”nin yaradılmasının vacib olduğu deyən dövlət başçısı, Türkiyənin fəal dəstək verdiyi Azad Suriya Ordusunun növbəti hədəfinin Əl-Bab şəhəri olduğunu bəyan edib. Onun sözlərinə görə, hərbi birləşmələrin Cerablusda apardığı əməliyyatlar ciddi nəticələr verib:

“Qaçqınlar evlərinə qayıdıb. Mühacir problemi nisbətən aradan qalxıb”.

Jurnalistin, “Koalisiya qüvvələrinin Suriya ordusunu hədəfə almasından sonra yaranan gərginlik “Fərat Qalxanı” əməliyyatına təsir edərmi?”-sualına Ərdoğan Vaşinqtonu tənqid edərək cavab verib:

”Amerikalı rəsmilərin bu məsələ ilə bağlı verdiyi açıqlamalar doğru deyil. Səfər zamanı amerikalı rəsmilərlə bu məsələ ətraflı müzakirə olunacaq”.

Qeyd edək ki, bu həftə təşkil olunacaq BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün dünya liderləri ABŞ-a toplaşmağa başlayıb.atv.az


Geri dön