Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İltihab, sonsuzluq, babasil zamanı kömək edən yarpaqlar. Faydalı reseptlər
Tarix: 19-09-2022 | Saat: 10:39
Bölmə:Karusel / Maraqlı | çapa göndər



Moruq yarpaqları xalq təbabətində müalicəvi vasitə kimi çox geniş istifadə olunur.

Bəzi fitoterapevtlər moruq yarpaqlarını moruğun özündən daha faydalı hesab edir. Moruq yarpaqları mineral duzları, büzücü maddələr, askorbin, fol və s. orqanik turşuları, fitonsidlər, flavonoidlər, vitaminlər və s. faydalı maddələrlə zəngindir. Yarpaqlar yazda yığılır və qurudulur. Müalicə üçün həm təzə, həm də qurudulmuş yarpaqlardan istifadə edilir.


Moruq yarpaqları bu kimi müalicəvi xüsusiyyətlərə malikdir:



- güclü iltihabəleyhinə təsir göstərir. Soyuqdəymə və qripp zamanı moruq yarpaqlarını çay kimi dəmləyib bal əlavə edin. Bu dadlı və faydalı içki yaxşı tərlədir, xəstənin vəziyyətini yüngülləşdirir, hərarəti aşağı salır.

- bəlğəmgətirici təsir edir, ağ ciyərləri yaxşı təmizləyir, mikrobları öldürür.

- antitoksik təsirə malikdir - toksinləri və şlakları orqanizmdən xaric edir.

- ishal zamanı çox yaxşı kömək edir, bağırsaqları "yığır".

- damaqları möhkəmləndirir, qanamanı azaldır, ağız boşluğunu dezinfeksiya edir. Bunun üçün 5 moruq yarpağı 1 stəkan qaynar suda dəmlənilir və qarqara üçün istifadə olunur.

- immuniteti möhkəmləndirir.

- babasil zamanı yaxşı müalicəvi təsir edir, qanaxmanı azaldır. Bunun üçün 15 moruq yarpağının üzərinə 2 stəkan qaynar su tökülür, dəmlənilir və ilıq halda oturaq vannalar üçün istifadə olunur.

- qadın sağlamlığı üçün çox faydalıdır. Belə hesab olunur ki, moruq yarpaqlarının dəmləməsi hamiləlikdə uşaqlığı doğuşa hazırlaşdırır, doğuşun rahat keçməsinə kömək edir. Bu məqsədlə hamiləliyin son həftələrində qadınlara moruq yarpaqlarından çay içməyi tövsiyə edirlər.

Həmçinin ağrılı menstruasiyalar zamanı da moruq yarpaqlarının dəmləməsi yaxşı kömək edir.

Sonsuzluqdan əziyyət çəkən qadınlara fitoterapevtlər əsas müalicə ilə yanaşə moruq yarpaqlarının və yoncanın dəmləməsini içməyi tövsiyə edirlər. 2-3 moruq yarpağı və 2-3 yonca gülü 1 fincan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və çay kimi içilir.

Moruq yarpaqlarının dəmləməsi laktasiyanı gücləndirir.

- kosmetologiyada saçların möhkəmləndirilməsi üçün istifadə olunur. 15 moruq yarpağı 1 l qaynar suda dəmləyin və bu dəmləmə ilə təmiz saçlarınızı yaxalayın.














Xəbəri paylaş

4108 dəfə oxunub.

Digər xəbərlər
6-07-2019, 13:36 İkinci Mahmud vəfat etdi

bütün xəbərlər
____ Instagram ___